İnfarkt

İnfarkt riskini artıran 5 ilginc səbəb – ARAŞDIRMA

Baxış sayı: 1. 293

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada ölümlərin əsas səbəblərindən biri ürək-damar xəstəlikləridir. Tütün məhsullarından istifadənin infarkt riskini artırdığını çoxumuz bilirik. Lakin bəzi fikir vermədiyimiz və heç vaxt eşitmədiyimiz səbəblər var ki, onlar da bu riski artıra bilər.

 

Birincisi, diş ipindən istifadə etmək infarkt riskini artıra bilər. Çünki dişlər və ürək bir-birinə düşündüyümüzdən daha sıx bağlıdır. Bəzi araşdırmalar göstərir ki, ağız boşluğu xəstəliyi olanların ürək-damar xəstəliyi riski daha yüksək olur. Diş ətinin qanaması və iltihabı ağızdakı bakteriyaların qana yayılmasına səbəb olur. Bakteriyalar da yüksək səviyyədə müəyyən zülal istehsal edir, qaraciyərlərin iltihabına gətirib çıxarır. Bu isə infarkta və iflicə yol açır. Çıxış yolu müntəzəm çəkildə diş həkiminə getməkdir.

 

İkinci səbəb işdə müdirinə nifrət etməkdir. Müdirinizə nifrət etmək ürəyinizin sağlamlığına ziyan vura bilər. İsveçdə 10 ildən bir aparılan araşdırmaya görə iş yerində rəhbərliklə əlaqələrin pis olması, insanların 100-də 40 faizində infarkt riskini artırır.

 

Üçüncü səbəb travmatik hadisələr olıa bilər. Yəni ani travmatik hadisə, eyni travmatik hadisənin bir neçə dəfə təkrarən yaşanması, yaxın insanlardan birinin ölümü infarkt riskini artıra bilər.

 

Dördüncüsü, özünü yalnız hiss etməkdir. “British Medical Journal”da yayımlanan araşdırmaya görə, daha az sosial bağı olan insanların ürək xəstəliyinə tutulma riski yüzdə 29, infarkt keçirmə riski isə yüzdə 32 faizdir.

 

Beşinci səbəb kimi depressiya amili göstərilir. Belə ki, depressiya infarkt riski ehtimalının yüzdə 33 fazini təşkil edir. Araşdırmalara görə, depressiyada olan insanlar düzgün qərar qəbul edə bilmirlər və zərərli vərdişlərdən uzaqlaşmaq onlar üçün olduqca çətin olur.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir