uzum

İnfarkt və insultdan qoruyan 10 məhsul

Baxış sayı: 1. 388

Ürəkdə və ya beyində olan damarlar trombla tutulduqda və ya partladıqda bu infarkt və ya insult kimi ağır pozulmaların inkişafına səbəb olur. Bu pozulmaların qarşısını almaq üçün damarların sağlamlığını və elastikliyini qorumaq lazımdır. Bu işdə bizə bəzi adi məhsullar kömək edə bilər. Kardioloqlar infarkt və insultun profilaktikası üçün qidalanmaya bu kimi məhsulları tez-tez daxil etməyi tövsiyə edirlər:

1. Cəfəri
Bu göyərti kiçik damarları möhkəmləndirir, təngnəfəslikdən azad edir, ürəyi möhkəmləndirir.2. Qırmızı kartof
Qırmızı rəngdə olan kartof sortları ürək və damarlar üçün çox faydalıdır. Kartofu qabıqla bişirin. Qabığın altında faydalı maddələr daha çoxdur.3. Pomidor
Pomidor ürək və damarlar üçün çox vacib olan kalium, maqnezium və həmçinin ürək üçün superfaydalı olan likopin antioksidantla zəngindir. Tomat və onun şirəsi arterial təzyiqi aşağı salmağa kömək edir.

4. Ərik
Kardioloqların fikirinə görə, hər gün 2-3 ədəd ərik və ya ərik qurusu yeyən insan özünü ürək və damar xəstəliklərindən qoruyur.

5. Moruq
Salisil turşusu ilə olduqca zəngin olan moruq qanı duruldur, trombların qarşısını alır, damarların spazmını azaldır. Moruq mövsümündə hər gün 1/2 stəkan giləmeyvə yeyin.

6. Qaragilə (mərcanı)
Damarlar üçün olduqca faydalı giləmeyvədir.

7. Turşəg
Turşəng turşusu qanı duruldur və damarların tonusunu artırır. Nəzərə alın ki, söhbət yalnız təzə turşəngdən gedir. Bu göyərtini tez-tez salatlara əlavə edin.

8. Tünd üzüm
Qırmızı və qara üzümün növləri damarları tonusda saxlamağa kömək edir, trombların əmələ gəlməsinin qarşısını alır.

9. Sarımsaq
Sarımsaq damarlara güclü stimullaşdırıcı təsir edir, tromblaşmanın qarşısını alır. Həkimlər sarımsağı yedikdən əvvəl onu əzməyi tövsiyə edirlər. Bu halda sarımsağın müsbət təsiri artır.

10. Zəncəfil
Kapsaisin maddəsi ilə zəngin olan zəncəfil qan dövranını stimullaşdırır, damarlarda spazmları azaldır. Məhz bu təsirinə görə zəncəfil çayı baş ağrıları və hipertoniya zamanı yaxşı kömək edir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir