Bir qayda olaraq, adamlar cəmi 2-3 ay ərzində xarici dildə nə dərəcədə səlis danışa biləcəyini bilmək istəyir. Adətən onlar tələsirlər, çünki sınaqları var və yaxud tezliklə iş müsahibəsinə girəcəklər. Əlbəttə, ən yaxşısı budur ki, bu barədə düşünmək üçün müsahibənizə 2 ay qalmışa qədər gözləməyəsiniz! Beləliklə, ingilis dilini çox-çox sürətli öyrənmək mümkündürmü? Cəmi 2-3 ay ərzində çox böyük irəliləyişlər əldə etmək mümkündürmü? Cavab – HƏ. Ancaq əlbəttə ki iri miqyaslı irəliləyiş əldə etmək üçün böyük intensivlik və səy tələb olunur. Biz bu cür məqsəd üçün bəzi sadə şeylər tövsiyə etmək istəyirik:
Oxumaq, oxumaq, oxumaq. İngilis dilini sürətlə öyrənmək üçün asanlıqla edə biləcəklərinizdən biri də mümkün qədər çox oxumaqdır. Hər zaman nəsə oxuyun. Bu, sizin söz ehtiyatınızı artıradacaq və həm də sizə qrammatika və jarqonları öyrənməyə kömək edəcək. Əgər siz uşaq kitablarını oxumaq istəmirsinizsə, asan variant bunun əvəzinə yumoristik kitablar və ya gülməli əhvalatlar oxumaqdır. Siz kitab mağazalarında və internet üzərindən çoxlu ingilis dilində yumoristik kitablar ala bilərsiniz, yaxud da internetdə pulsuz komikslər (gülməli, məzəli hekayələr və əhvalatlar) oxuya bilərsiniz (onlar adətən vebkomikslər adlanır). Və ya əvvəllər ana dilində oxuduğunuz kitabları oxuyun. Əgər siz artıq nə baş verəcəyi barədə bir qədər bilirsinizsə, o zaman sözləri tez təxmin etməyə və başa düşməyə daha az vaxtınız gedəcək.
Qəzetlər dilin əsaslarını öyrənmək üçün yaxşı üsuldur, çünki adətən onlarda çox yaxşı qrammatika vardır və asan başa düşüləcək dildə yazılırlar. Siz New York Times və yaxud The Guardian kimi bir çox yaxşı ingilis dilli qəzetlərin onlayn variantlarını tapa bilərsiniz.
Filmlərə baxmaq. Filmləri seyr etmək də sizə sözlərin necə səsləndiyini eşitməyə və eləcə də yeni sözlər öyrənməyə kömək edəcəkdir. Siz subtitrlərlə birlikdə baxmaqdan başlaya bilərsiniz, ancaq subtitrləri söndürsəniz, daha çox öyrənəcəksiniz. Baza səviyyəli söz ehtiyatınız olduqdan sonra çalışın subtitrləri bağlayasınız və diqqətinizi bildiyiniz sözlərə qulaq asmağa və ekranda baş verənlərdən bilmədiyiniz sözləri tapmağa cəmləyin.
Onlayn yazışma dostları (pen-pallar) tapmaq. Pen-pallar sizin dilinizi öyrənməyə çalışan insanlardır, hansı ki siz onlara məktub (və yaxud e-mail) yazırsınız və onlar cavab verirlər. Siz məktubunuzun yarısını öz doğma dilinizdə yazırsınız ki, onlar öyrənə bilsinlər və yarısını da ingilis dilində ki, siz öyrənə biləsiniz. Siz istədiyiniz hər şey haqqında söhbət edə bilərsiniz. Sizə onlayn pen-pallar tapmaqda kömək edəcək çoxlu saytlar mövcuddur.
İngilis dilində danışan bir ölkəyə səfər edin. Hər kəsin ingilis dilində danışdığı bir ölkəyə səfər etmək sizə daha sürətlə öyrənməkdə yardımçı olacaq. İngilis dilində danışan bir ölkədə müvəqqəti iş və yaxud xaricdə təhsil kursu tapın. Siz qısa müddətli səyahətlər də seçə bilərsiniz, ancaq özünüzü dillə ən azı 3 ay müddətinə tam əhatə etmək daha çox kömək edəcəkdir.
Onlayn vasitələrin üstünlüklərindən faydalanın. Sizə ingilis dilini daha sürətlə öyrənməyə kömək etməkdən ötrü çoxlu onlayn vasitələr vardır. Bunlar USB kart tipli proqramlardan tutmuş mobil app-lərə qədər dəyişir.
İngiliscə danışan dost tapın. Vaxtınızı ana dili indigilis dili olan və yaxud ingilis dilini sevən insanlarla keçirin. Bu sizin öz şəhərinizdə ola bilər, ya da ki ingilis dilində onlayn internet üzərindən danışmağı öyrənə bilərsiniz. İngilis dilində danışanlarla ünsiyyətə girərək və münasibət quraraq siz ingilis dilində danışmağa həvəslənəcəksiniz. Həmçinin, aşkar edəcəksiniz ki, nə qədər çox təcrübə yığsaz, bir kəslə danışmaq və yaxud söhbət etmək bir o qədər asan olacaqdır. Dil mübadiləsi partnyorlarını, mübadilə müəllimlərini, tələbələri, turistləri, mühacirləri, yaxud ingilis dilini sizinlə təcrübədən keçirmək istəyəcəyini düşündüyünüz hər-hansı bir kəsi axtarın. Yadda saxlayın ki, bu formal şəkildə olmamalıdır. Sadəcə gündə 10 və ya 20 dəqiqəni ingilis dilində danışaraq keçirmək çox güman ki sizə tezliklə təkmilləşməyinizə kömək edəcəkdir.
Google şəkillərindən istifadə etmək. Google-da şəkil axtarışı bir dildə olan isimləri (və bəzi növ sözləri) öyrənmək üçün əla üsuldur. Şəkil axtarış alətində yeni sözlər axtarın və ortaya çıxan şəkillər sizə öyrənməkdə yardım edəcəkdir!
Diqqətinizi çox da qrammatikaya cəmləşdirməyin. İngilis dili barədə əsas məsələ ondan ibarətdir ki, əksər insanlar mükəmməl qrammatika ilə danışmırlar və hətta çox az insan normal qrammatikaya uyğun danışır. Əgər siz bütün vaxtınızı qrammatika öyrənməyə sərf etsəniz, bolluca vaxt itirmiş olacaqsınız. Səhv-sühv danışın: problem yoxdur! Kimsə sizin səhvinizi düzəldəcək və zamanla siz öyrənəcəksiniz. Sonda danışdıqlarınız düzgün səslənəcək və hətta bu bardə düşünməli belə olmayacaqsınız.
Cəhd etməkdən qorxmayın! Bir dili tezliklə öyrənməyin ən vacib hissəsi sadəcə onda danışmaqdır. Sadəcə bacardığınız qədər dil biliklərinizdən istifadə edin. Səhv danışmaqdan və yaxud nəyisə düzgün söyləməməkdən qorxmayın. Bacarıqlarınızdan istifadə etməmək sizi daha yavaş sürətlə öyrənməyə məcbur edir. Sadəcə danışın! Siz bunu bacararsınız!