29

İngilis qadın xəstə uşağını paltaryuyan maşına salıb

Baxış sayı: 1. 653
İngiltərədə 21 yaşlı Kortney Stüart  adlı qadın 2 yaşlı daun xəstəsi olan oğlunu paltaryuyan maşına qoyaraq, şəklini çəkib. Facebookda paylaşdığı şəkli görən qonşular K.Stüartdan polisə şikayət ediblər.
Həmin qadın isə şikayət edilməsində heç bir məna görmədiyini, bunu sadəcə, zarafatla etdiyini bildirib:“Oğlum suyu çox sevir. Özü paltaryuyan maşına yaxınlaşdı. Zarafat üçün belə etdim. Şikayət olunmağım çox gülməlidir. Polislər evə gəlib, məni iki saat sorğu-sual edib, getdilər”.
“Telegraph” agentliyinin xəbərinə görə, K.Stüartın qonşuları onun uşağa baxa biləcəyinə şübhə etdiklərini deyiblər: “İnsan belə bir şeyi nəinki övladına, heç başqalarına da edə bilməz”.
Polislərin evə gəldiyini görən qadın facebookdan həmin fotonu silib. O, tanımadığı 42 yaşlı bir şəxsin bu hadisəyə görə ona hücum etdiyini və polislər tərəfin saxlanıldığını da bildirib.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir