Əsrlər əvvəl yaşamış insanlar elə quruluşlar tikiblər ki, hündürlükdən qorxanlar onlara yaxınlaşa bilməzlər. Qayalı təpələrdə və uçurum kənarlarında tikilmiş evlər monastırlar, məbədlər, kilsələr, qalalar mümkün olan ən təhlükəli şəkildə yerləşdirilib. Üstəlik, bu tikililərə çatmaq üçün ya dağa qalxmalı, ya da onlarla pilləkəni qalxmalısan.
Saint-Michel d’Aiguilhe Şapeli
Fransanın cənubunda Le Puy-en-Velay yaxınlığında yerləşən Saint-Michel d’Aiguilhe Şapel, təxminən 86 metrlik bir təpədə inşa edilib. 1000 ildən çox yaşı şapelin olan təpə, vulkanik fəaliyyətlər nəticəsində meydana gəlib. Şapelə çatmaq üçün 268 pilləkən qalxmalısan.
Popa Taung Kalat
Myanmarın Popa dağının zirvəsində yerləşən inanılmaz Popa Taung Kalat məbədi həm memarlığı, həm də yerləşməsi ilə böyük diqqət çəkir. Məbədə çatmaq üçün 777 addım və vəhşi meymunları riskə almaq lazımdır.
Sümela Monastırı
Trabzonun Maçka rayonundakı Altındere vadisində yerləşən Sümela monastırı, Kara təpəsinin 1150 metr yüksəkliyinə inşa ediib. Tikili həm də Məryəm monastırı kimi tanınır. Bu yer həmçinin UNESCO-nun “Dünya Mədəni İrsinin Müvəqqəti Siyahısı”nda yer alır.
Asılı Məbəd
Asılı Məbədin tikilmə tarixi miladdan sonra 491-ci ilə aiddir. Tikili Çinin Şansi əyalətindəki Heng dağı yaxınlığında bir uçurumun kənarında inşa edilib.
Bonifacio qəsəbəsi
Fransanın Korsika adasındakı Bonifacio qəsəbəsi əhəng daşı ilə zəngin bir qayanın kənarında inşa edilib. Bu qəsəbəyə çatmağın ən asan yolu qayıqdır.
Müqəddəs Üçlük monastırı
Yunanıstandakı Meteora bölgəsi bir neçə təhlükəli tikiliyə ev sahibliyi edir. Bu quruluşlardan biri də 1392-ci ildə inşa edilmiş Müqəddəs Üçlü Manastırdır. 140 pillə qalxaraq çatılan tikili, James Bondun “Yalnız sənin gözlərin üçün” filmində də yer alıb.
Katskhi Sütunu
Bu kilsə 40 metr hündürlüyündə Gürcüstanda Katskhi Sütununun təpəsində yerləşir. Əsrlər boyu xalq bu kilsəyə yalnız uzaqdan baxa bilib. Nəhayət 1944-cü ildə alpinist Aleksandr Japaridzenin rəhbərlik etdiyi bir qrup sütuna ilk dırmaşma edərək kilsənin xarabalıqlarını aşkar edib. Kilsəyə yalnız icazə verilən insanlar dırmaşa bilər.
Castellfollit de la Roca
İspaniyanın şimal şərqində orta əsrlərə aid bir kənd olan Castellfollit de la Roca bazalt qayanın üzərində inşa edilib. Dəniz səviyyəsindən təxminən 50 metr yüksəklikdə olan bu kənddə evlər də bazaltdan tikilib.
Gaztelugatxeko Doniene
İspaniyanın Biskay körfəzindəki Gaztelugatxeko Doniene qəsəbəsindəki qayalıqlarda inşa edilən bu tikilinin tarixi 10-cu əsrə gedib çıxır. Adaya getmək üçün körpü tikilib.
Nugget Point Dəniz fənəri
Yeni Zelandiyanın cənub adasında yerləşən Nugget Point Dəniz Fənəri 1870-ci ildə dörd illik bir tikinti nəticəsində qurulub. Mayaka çatmaq istəyən ziyarətçilər dik və ensiz bir yoldan keçməlidirlər.
Manarola şəhəri
İtaliyada bir uçurumun üstündə inşa edilmiş Manarola şəhəri, şirin Sciacchetra şərabı ilə məşhurdur. Şəhər gecə işıqları ilə fərqli bir gözəllik qazanır.
Vernazza kəndi
İtaliyanın Cinque Terre sahilindəki bir uçurum üzərində tikilən Vernazza kəndi bir vaxtlar İtalyan donanmasını quldurlardan qoruyan bir yer idi. İndi balıqçı kəndi olan Vernazzaya avtomobil sürmək qadağandır.