qus qripi

İnsan geni “quş qripi”nin qarşısını alır?

Baxış sayı: 451

Böyük Britaniya tədqiqatçıları quş qripi viruslarının əksəriyyətinin insanlara yoluxmasının qarşısını almaqda mühüm rol oynayan xüsusi insan genini müəyyən ediblər. Quş qripi əsasən ördək və qağayı kimi çöl quşları arasında yayılır və  toyuq, hind quşu, bildirçin kimi ev quşları da virusa yoluxa bilirlər. Viruslar əsasən quşlara təsir etsə də, nadir hallarda quşlarla sıx təmasda olan insanlarda  da quş qripi virusuna yoluxma halları baş verir.

MRC-Universitetinin Qlazqo Virus Tədqiqatları Mərkəzindən bir neçə tədqiqatçı qrup insan geninin  mövsümi viruslara və ya quş qripi viruslarına  yoluxmasını  müxtəlif orqanizmlərin yoluxma ardıcıllıqları ilə müqayisə ediblər. Onlar həm yuxarı, həm də aşağı tənəffüs yollarında aşkar edilən  BTN3A3 adlı geni sıfırlayıblar. Tədqiqatçılar tərəfindən B-gücü  ləqəbi ilə tanınan bu genin insan hüceyrələrində quş qripinin əksər suşlarının( alt növü) təkrarlanmasına mane olduğu müəyyən edilib.

 

Leyla Şıxəli




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir