film

İnsan idrakının sirrli tərəfləri əsasında ssenariləşdirilmiş filmlər

Baxış sayı: 1. 413

Psixi pozuntular haqqında çəkilən filmlər inanılmaz dərəcədə izləyici kütləsi toplayır. Yaranma səbəbləri konkret bilinməyən bu xəstəliklər adi maraq nəticəsində belə törəyə bilər. Sinir sistemi zəif olan insanların bu filmləri izləməsi məsləhət görülmür. Araşdırmalar göstərib ki, bu filmləri izləyən insanların 84%-i təsir altına düşüb. 4%-i filmin süjet xəttini real həyata daşımağa cəhd edib. 12% insan isə filmi izlədikdən sonra həkimə müraciət edib.

Beləliklə, insan idrakının sirrli tərəfləri əsasında ssenariləşdirilmiş filmlərin siyahısını təqdim edirik:

 

1. ” Lənətlənmişlərin Məskəni” filmi. (1899) IMDb – 6,8.

Baş rollarını Cim Starqes, Keyt Bekincel və Ben Kinqslinin canlandırdığı filmdə hadisələr Oksford məzunu olan Edvard Nyuqeytin psixiyatriya xəstəxanasına gəlməsilə başlayır. Özünü qəribə aparan xəstəxana işçiləri, qəribə müalicə metodları tədbiq edən həkimlər və zirzəmidən gələn hürkütücü səslər… Filmi izləməyə dəyər.

 

2. “Gecənin rəngi” filmi .(1994) IMDb – 5,1.

Baş rollarda Bryus Uillis və Ceyn Març çəkilib.

Süjet xəttini detektiv və sevgi janrlarının təşkil etdiyi psixoloji trillerdir. Filmdə psixoloq Bill Keyp ard-arda tragik hadisələr yaşayır. Bir gün o, Roza adlı bir qızla tanış olur və filmin kuliminasiyası burdan başlayır.

 

3. “Sirli Pəncərə” filmi. (2004) IMDb – 6,6.

Rollarda: Conni Depp və Con Turturro.

Film Stiven Kinqin povesti əsasında çəkilib. Yazıçı Mort Reina göndərilən, oğurluq olduğu iddia edilən hekayə üzərində çəkilən süjet xəttində gərgin dəqiqələrin şahidi olacaqsınız. Hekayənin müəllifi olan Kokni Şuter haqqında informasiya əldə etmə cəhdləri boşa çıxan yazıçı artıq özü də bilmədən içərisində qeyb olduğu sirli informasiyə pəncərəsi açır.

 

4. “23 Nömrə” filmi. (2007) IMDb – 6,4.

Rollarda: Cim Kerri, Virciniya Medsen, Loqan Lerman.

Filmdə Volter həyat yoldaşının hədiyyəsi olan, 23 rəqəminin hökmranlıq etdiyi müəmmalı dünyadan bəhs edən bir kitab oxuyur. Gözlənilmədən əsərin süjet xətti qəhrəmanın şəxsi bioqrafiyasına çevrilir və o, sonunu bilmək üçün kitabı axıra qədər oxumalıdır.

 

5.”Split” filmi. (2017) IMDb – 7,5

Rollarda: Ceyms Makvey, Anya Teylor Con.

Film gerçək olmayan şəxsiyyətlərin cildinə girən Kevin adlı insandan bəhs edir. Filmdə qəribə nüanslardan biri odur ki, özü də bilmədən nələrsə onu qızları oğurlamağa vadar edən manyaka çevirir.

6. “Frenk və Elis” filmi. (2009) IMDb – 6,5

Rollarda: Xolli Berri və Skarsqard

Film şizofreniyanı təsvir edib. Frenk şəxsiyyət pozğunluğu olan bir gəncdir. O ,gecələr barda striptisçi,gündüzlər isə Elli adında sıradan insandır. Özü-özünə düşman olan Frenki filmin sonunda gözlənilməz hadisə gözləyir. Film həvəskarlarının sona qədər izləməsi məsləhətdir.

 

7. “Sağlamlığın Dərmanı” filmi. (2016) IMDb – 6,6

Rollarda: Deyn Dexan, Ceyson Ayzeks və Mia Qott

Hadisələr Alp dağlarında yerləşən sağlamlıq mərkəzində cərəyan edir. Çalışdığı şirkətin əməkdaşları ilə “cənnət guşəsi”nə yola düşən qəhrəman ağlına belə gəlməyəcək cəhənnəmə düşür. Bilinməyən xəstəliyi olan insanların içərisinə düşən qəhrəman artıq onlardan birinə çevrilir.

 

8.”Veronika ölməyə qərar verir” film. (2009) IMDb – 6,5

Rollarda: Sara Mişel Qellar və Conatan Taker.

Filmin qəhrəmanı özünə qəsd etdikdən sonra gözlərini xəstəxanada açır. Həyatla bütün bağlarını qıran Veronikanı həyata bağlayan tək şey məhəbbət olur. İzləməyə dəyər.

 

9.”Qırılan Ömür” filmi. (1999) IMDb -7,3

Rollarda: Vaynona Rayder, Ancelina Coli, Britanni Merri.

1960-cı illər. Suzananı qəribə qarabasmalar narahat edir. Artıq o həddə çatır ki, qəhrəman intihara cəhd edir. O, artıq ruhi-əsəb xəstəliyi ilə psixiatrik xəstəxanaya yerləşdirilib. Bu filmdəki ikinci aparıcı rola görə Ancelina Coli ilin ən yaxşı qadın aktrisası nominasiyasında “Oskar” almışdı.

 

10. “Kir” filmi. (2013)

Rollarda: Ceyms Makvey, Ceymi Bell, Eddi Marsan.

Bryus Robertson adlı xəfiyyə özünə iş axtarır. Onun bir prinsipi var: “Məqsədə çatmaq üçün atılan bütün addımlar mübahdır”. İnsan xislətinin müxtəlif yanlarını təsvir edən film günümüzün qara komediyasıdır deyə bilərik. İzləməmisinizsə, mütləq izləyin. Kolleqalarınızla münasibətlərinizə təsir edəcək.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir