Avstraliyada xəstəxanalardan birində çalışan tibb bacısı Bronni Var qulluğunda durduğu ölümcül xəstələrin ən çox nələrə təəssüf etdiklərini qələmə alıb. Ölümcül xəstələrin təəssüfləndikləri nəsnələrin siyahısını təqdim edirik.
Qeyd edək ki, xəstələrin təəssüf etdikləri sırasında seks və paraşütdən tullanma heç yoxdur. Hətta ölüm yatağında olan kişilərin əksəriyyəti “kaş az işləyərdim”, – deyiblər.
“Kaş həyatımı başqalarının istədiyi kimi deyil, öz istədiyim kimi yaşamağa cəsarətim olardı”
Xəstələrin çoxu məhz buna təəssüflənib. İnsanlar həyatlarının sona çatdığını dərk edəndə geriyə boylanırlar və arzularının çoxunun hələ də reallaşmadığını görürlər. Əksəriyyəti hətta arzu etdiklərinin yarısını belə, gerçəkləşdirə bilməyib. Sağlamlıq insana azadlıq verir. Ancaq çox insan bunu ancaq öləndə dərk edir.
“Bu qədər çox işləməməliydim”
Tibb bacısının qulluq etdiyi xəstələrin çoxu buna görə təəssüf edib, xüsusən kişilər. Onlar uşaqlarının necə böyüdüyünü görməyiblər və həyat yoldaşlarına çox vaxt ayıra bilməyiblər. Səbəb isə iş.
“Gərək hisslərimi açıq şəkildə dilə gətirmək üçün cəsarətli olaydım”
“Dostlarımla ünsiyyətimi qoruyub saxlayardım”
Əksəriyyəti ölümə yaxın günlərdə dostluğun nə olduğunu tam anlamırdılar. Hətta çoxunun başı işinə elə qarışıb ki, bəzi dostluqların pozulmasına gətirib çıxarıb. Hər ölən dostu üçün darıxır.
“Gərək xoşbəxt olmaq üçün özümə icazə verəydim”
Demək, bu xəstələrin heç biri hələ də anlamayıb ki, xoşbəxtlik qərardır. Həmişə köhnə, şablon və vərdişlərində ilişib qalıblar. Çox təəssüf ki, həyatın dəyəri sona çatanda dərk edilir. Unutmayın, həyatın sonunda vacib bilinən həyat boyunca da vacib sayılmalıdır.