Kanadanın Makgill Universitetinin alimlərinin araşdırmalarına görə, əksər insanın istifadə etdiyi, paket çayın tərkibində zəhərli maddələr var.
“Gencaile.az” xarici KİV-ə istinadən xəbər verir ki, 1 paket çayın tərkibində insan sağlamlığı üçün təhlükəli hesab edilən təxminən 11,6 milyarda qədər plastik mikrohissəciklər və 3.1 milyarda qədər nano plastiklər var.
Paketin içərisindəki çayı çıxararaq üzərinə su töküb 5 dəqiqə saxladıqdan sonra mikroskopla baxış keçiriblər. Məlum olub ki, mikro və nano hissəciklər yalnız qaynanılan zaman ortaya çıxır.
Mövzu ilə bağlı əlaqə saxladığımız terapevt Coşqun Məmmədli bildirdi ki, sadaladığımız bu maddələr haqqında ölkəmizdə heç bir məlumat yoxdur:
“Ancaq onu deyə bilərəm ki, tərkibi süni rəngdən ibarət olan həmin çayların xeyrindən çox ziyanı var. Paket çay istehsalında, sintetik materiallara üstünlük verirlər. Nəticədə paket çay içdiyimiz zaman çayın sintetik örtüyü də orqanizmimizi zəhərləmiş olur. Buna görə də məsləhət bilərdim ki, insanlar öz sağlamlıqlarını təhlükəyə atmasınlar. Təbii bitkilərdən hazırlanan çaylara üstünlük verilsə, daha yaxşı olar”.