İnsanlar da rənglər kimi müxtəlifdir. Hər kəsin özünəməxsus düşüncə tərzi, xarakteri var. Bəzən bir insanla bir neçə saat söhbət etməklə onu az-çox tanımaq olur. Lakin elə insanlar da var ki, illərlə bir yerdə yaşasan da, xarakterini tam mənası ilə bilmək, onu anlamaq mümkün olmur. Alimlərin apardıqları araşdırma insanın üz cizgilərinin də onun bəzi xüsusiyyətlərinin göstəricisi olduğunu ortaya çıxarıb. Belə ki, insanın burun forması xarakterindən xəbər verir.
– Burun dəlikləri böyük, ucu geniş olan insanlar liderlik və idarəçilik üçün özlərini hazır hiss edirlər. Onların eqoları əmr almalarına imkan vermir, özü-özünün şefi olmaq istəyir.
– Burnu xırda və dar, uc hissəsi isə düz və ya yumru olan insanların yaradıcılıq qabiliyyəti yüksək səviyyədədir. Onların güclü xəyal dünyaları var. İnsanların yaxşılığını çox düşünürlər. Gərgin iş rejimini sevir, bu cür iş tempindən zövq alırlar. İstənilən sistemə asanlıqla adaptasiya ola bilirlər.
– Uzunburunlular iş həyatında çox uğur qazanırlar. 6-cı hissləri inkişaf edən bu adamlar hər kəsə pozitiv yanaşma tərzinə sahibdirlər. Böyük problemlərin öhdəsindən asanlıqla gəlirlər, çünki güclü iradələri var.
– Qısa buruna sahib olanlar qayğıkeş xarakterlidirlər. Sevdiklərinə sadiq, insanlara vəfalıdırlar. Lakin qısaburunlular idarəçilikdə və məqsədə çatma üçün çalışmaqda bir qədər zəifdirlər. Güclü xarakterli insanlar onları asanlıqla idarə edə bilirlər. Uşaq ruhlu olmaqları ilə yanaşı, çox həssas və mədənidirlər.
– Dar burun dəlikləri və qaşın ortasından başlayaraq dümdüz burun sümüyünə sahib olanlar yüksək zəkanın əsas təmsilçiləridir. Çox yardımsevər və təbiətsevərdirlər. İntizam səviyyəsi olduqca yüksəkdir. Buna görə də uğur qazanırlar.
– İdeal burunlu insanların burunlarının ortasından ucuna doğru bir qıvrım vardır ki, bu da zəriflikdən xəbər verir. Qəlbləri sevgi ilə doludur. Daim pozitiv düşünürlər. Güvənc verici bir xüsusiyyətləri var. Onlar üçün gözəllik və baxım çox önəmlidir.
– Qaşların arasından burun ucuna qədər hamar bir şəkildə içəriyə doğru qıvrılan buruna sahib olanlar daim başqalarının diqqət mərkəzində olmaq istəyirlər. Fikirlərinə dəyər verilməsi və özlərini önəmli hiss etmək onlar üçün vacibdir. Dünyada onlar üçün, sadəcə, öz doğruları vardır. Hər kəsin etdiyini etməzlər, başqalarının doğruları onları qətiyyən maraqlandırmır.
– “Romalı” burunlu insanlar. Bu buruna daha çox qədim Roma heykəllərində rast gəlirik. Burunun üstündə qaşın ortasına yaxın yerdə bir çıxıntı vardır. Belələri dikbaş və arzuları olan şəxslərdir. Çox güclü xarakterləri var. Qərar verərkən heç tələsməz, yüz ölçüb, bir biçərlər. Yaxşı təşkilatçılıq qabiliyyətləri var.
– Öndən baxarkən bariz bir şəkildə seçilən dalğalı burunlular. “S” şəkilli buruna sahib bu şəxslər əyləncəyə çox düşkündürlər. Həyatdan zövq almağı sevərlər. Ətrafdakıların kefini açmağı, onları güldürməyi yaxşı bacarırlar. Daim yeni macəra axtarışındadırlar. Heç kəsin yoxlamadığı şeyləri ilk olaraq sınaqdan keçirməyi sevərlər.
– Enli burun və yayılmış burun deşiklərinə sahib olan insanlar daim çarə və fayda axtarışındadırlar. Həvəsli, maraqlı və açıq sözlüdürlər. Baxış bucaqları genişdir. Cəlbedici olduqları üçün insanları təsir altına salmaqda ustadırlar. Daima tələskəndirlər.