depressiya

İnsanın tükəndiyini göstərən 10 əlamət

Baxış sayı: 583

Tükənmə sindromu hər kəsə təsir edə bilər. Bu, adamın vəzifəsindən və harada işləməsindən asılı deyil. Bir sıra amillər tükənməyə səbəb olur: işdə xroniki stress, işgüzarlıq və fədakarlıq. Gərgin iş rejiminə vaxtında diqqət yetirməsəniz, bu, fəlakətli nəticələrə səbəb ola bilər. Bəs tükəndiyimizi necə hiss edə bilərik?

İnsanın tükəndiyini göstərən 10 əlamət aşağıdakılardır:

1. Emosional və zehni tükənmə
2. İşə gedərkən həvəssizlik
3. Daimi yorğunluq
4. Qıcıqlanma
5. Diqqəti cəmləməkdə çətinlik
6. İşdə məhsuldarlığın aşağı düşməsi
7. Utanc və günahkarlıq hissi
8. Məqsəd itkisi
9. Rifahın pisləşməsi
10. Özünüz və başqalarına qarşı ikrah hissi

Özünüzdə simptomların çoxunu görsəniz, çox güman ki, bu, “məkrli tükənmə”dir.

Bu barədə danışan rusiyalı psixoloq Marsel Sulteev sindromun əsas səbəbi kimi bir çox insanların sadəcə olaraq necə istirahət edəcəklərini bilməmələrini göstərib.

“Emosional tükənmişlik yaşayan insan necə istirahət edəcəyini bilmir. Çünki bu, uşaqlıqdan öyrədilməyib. Ondan həftə sonunu necə keçirməyi planlaşdırdığını soruşsanız, beyni gərginləşəcək”, – ekspert qeyd edib.

Tükənmənin qarşısını almaq üçün boş vaxtlar düzgün planlaşdırılmalıdır. Daha çox gəzməyə, dostlarınız və ailənizlə ünsiyyət qurmağa, kitab oxumağa, kifayət qədər yatmağa və idmanla məşğul olmağa çalışın. Bir sözlə, tükənməmək üçün həftə sonları ruhunuz nə istəyirsə edin.

Nubar Süleymanova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir