pul

İnsanlar ən çox bu sahələrdə pullarını israf edir

Baxış sayı: 544

Bəzən elə hiss olunur ki, pul bank hesabından görünməz bir “qara dəliyə” axıb gedir. Halbuki problemin əsas səbəbi gəlirin azlığı yox, xərclərin düzgün idarə olunmamasıdır. Araşdırmalar göstərir ki, insanların böyük hissəsi fərqində olmadan eyni sahələrdə pul itirir.

 

1) Kredit kartı faizləri

Minimum ödəniş etməklə kredit kartı borcunu daşımaq ən böyük pul itkilərindən biridir. Borc artdıqca ödənişlər əsas məbləği yox, yalnız faizi bağlayır.

 

2) Geyinilib kənara qoyulan paltarlar

Sorğulara görə, insanların yarıdan çoxu cəmi bir dəfə geyindiyi paltarlara pul xərclədiyini etiraf edir. Endirim var deyə ehtiyac olmayan geyim almaq israfdır.

 

3) Çatdırılma xərcləri

Onlayn alış-veriş zamanı kiçik məbləğli çatdırılma haqları ay ərzində ciddi xərcə çevrilir.

 

4) Çöldə alınan qəhvə və nahar

Hər gün 4-5 manatlıq qəhvə və nahar əlavə xərc deməkdir. Evdən hazırlanan yemək daha qənaətlidir.

 

5) Tez-tez sifariş edilən yeməklər

Hazır yeməklər evdə bişirilən yeməkdən təxminən 5 dəfə baha başa gəlir. Davamlı sifariş büdcəni ciddi şəkildə sarsıdır.

 

6) Restoran xərcləri

Restoranda yemək evdə hazırlanan yeməkdən bəzən 20 dəfə baha olur. Alternativ olaraq evdə dostlarla növbəli şam süfrələri təşkil etmək mümkündür.

 pul

7) Evdə atılan qidalar

Artıq alınan məhsullar, hazır paketlənmiş qidalar və düzgün planlaşdırılmayan yeməklər nəticəsində milyonlarla ton qida tullantıya çevrilir – bu isə birbaşa pul itkisidir.

 

8) Alkoqol xərcləri

Həftəlik bir neçə şərab və pivə ayda onlarla manat xərc yarada bilər. Xərcləri qeydə almaq real mənzərəni göstərir.

 

9) TV və yayım paketləri

İstifadə edilməyən televiziya və “streaming” abunəlikləri aylarla ödəniş tələb edir. Əksəriyyətinə ehtiyac olmur.

 

10) Lazımsız üzvlüklər və abunəliklər

İdman zalları, jurnallar, istifadə olunmayan abunəliklər büdcənin səssiz düşmənidir.

 

Sərvanə Rəmixanova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir