qadin-kisi

İnsanlar arasında kosmik bağ varmı?

Baxış sayı: 407

Kainat və enerji uzun müddətdir ki, müzakirə mövzusu olub. Bəzi insanlar kainatdan istədikləri hər şeyi enerji ilə ala biləcəklərinə inanırlar.

Kainatda hər şey mükəmməl bir nizam halındadır. Bu nizama uyğunlaşan insanlar isə istədikləri hər şeyi enerji yolu ilə əldə etdiklərini düşünürlər. Enerji və kainat mövzusu isə uzun illərdir ki, müzakirə olunur. Kainatda hər şey bir-birinə bağlıdır və reallaşan hər şeyin bir səbəbi vardır. Bu, ikili münasibətlərimiz üçün də keçərlidir.

Əgər həqiqətən ruh yoldaşınızla birlikdəsinizsə, kainat bunu hiss etməyinizi təmin edəcəkdir. Bəzən bir insanla birlikdə olmaq üçün heç bir məntiqli səbəb olmadığı halda instinktləriniz sizi o insana doğru cəzb edər. Bu isə onun sizin kosmik yarınız olduğunu göstərir.

Bəs bir insanla aramızda kosmik bağlantının olduğunu necə anlaya bilərik?

QADIN-KISI

Sizə ilham verərlər

Aranızda kosmik bir bağlantının olduğu insan sizə mütləq ilham verər. Yeni şeylər sınamanız və əskiklərinizi tamamlamaq üçün sizi təşviq edərlər. İşlər nə qədər çətin olsa da, hər zaman doğru qərarı almış görünərlər. Bu yönləri ilə sizə yol göstərərlər.

Sizi motivasiya edərlər

Kainatdan sizə göndərilən biri ilə qarşılaşdığınızda, sizi daha yaxşı bir insan olmağa motivasiya etdiklərini hiss edəcəksiniz. Onlarla danışarkən hədəfləri və həqiqi məqsədinizi görə biləcəksiniz. Həyatınızdakı məqsədinizi sizə sorğuladıb, əskik qalan yönlərinizi tamamlamaq üçün sizi təşviq edərlər.

Vərdişlərinizi pozar, həyatınıza yenilik gətirərlər

Həyat eyni vərdişlərdən ibarət deyil. Hər gün eyni şeyləri etmək məcburiyyətində deyilsiniz. Yeni şeylər sınamağınız və yeni insanlarla tanış olmağınız lazım gəlir. Kainat tərəfindən sizə göndərilən bu insanlar bizə həyatdakı kiçik şeylərdən zövq almağımız və yeni şeylər sınamalı olduğumuzu göstərirlər.

Ürəyinizi açmağınıza kömək edərlər

Biri ilə kosmik bir bağlantı qurduğunuz zaman, ürəyinizi onlara açmağın uyğun olduğunu anlayacaqsınız. Bir çox insan, bugünün cəmiyyətində həqiqi olmayan sosial gözləntilər səbəbi ilə robotlaşmış kimi davranır. Beləcə, duyğularını kütləşdirirlər. Kosmik partnyorunuz isə belə bir dünyada duyğularınızı yenidən kəşf etməyinizə yol açacaqlar.

Sizə məqsədinizi xatırladarlar

Hər birimizin mənəvi bir məqsədi var, amma modern dünyamızda bunun nə olduğunu bir çoxumuz unuduruq. Kosmik tərəfdaşlar isə bunu xatırlamağınıza kömək edərlər, çünki bizə həqiqətdə kim olduğumuzu göstərirlər.

Onların rahatladıcı gücləri olur

Onların yanında olmaq belə sizi yaxşı hiss etdirə bilir. Özünüzü pis hiss etdiyinizdə onların yanına getmək istəməyiniz isə  normaldır. Çünki aranızdakı bağ səbəbi ilə onların varlığı belə sizə rahatlıq verəcəkdir.

 

Röya Rasimqızı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir