sevgi

İnsanlar arasındakı sevgi münasibətlərinə hansı faktorlar mane olur?

Baxış sayı: 641

Təbii ki, qurduğumuz münasibətlər problemsiz ötüşmür.  Hər bir münasibətlərdə çəkişmələr, küskünlüklər və hətta qısa sürən  ayrılıqlar olur. Son zamanlar aparılan araşdırmalar göstərir ki,  xüsusilə uzun müddətli münasibətlər  və evlilik mərhələsinə çatan münasibətlərdə daha çox problemlər yaşanır.

Bəs görəsən insanlar arasında yaranan sevgi  münasibətlərinə hansı faktorlar mane olur?

AILE

Eqoizm

Adətən münasibətlər qarşılıqlı güvən və paylaşma üzərində qurulmalıdır . Bir münasibət içində daim özünü fikirləşən, öz faydası üçün çalışan, öz xoşbəxtliyini düşünən bir həyat  yoldaşı  olduğu zaman bu münasibət daha tez bitmiş olur.

aile

Güvən hissinin itirilməsi

Bir münasibətdə digər bir əhəmiyyətli hiss güvəndir. İnsanlar bir-birlərinə güvənə bildikləri müddətcə birlikdə və xoşbəxt ola bilərlər.

qisqancliq

Qısqanclıq

Normal səviyyədə olan qısqanclıq cütlükləri bir-birinə daha da bağlayır və münasibətə bir romantika qatır. Həddindən çox və ifrat dərəcədə  qısqanclıq isə  çox ciddi problemlər yaradır. Çünki bu, əslində qısqanclıq deyil, bir  psixi pozğunluqdur. Qısqanclıq səbəbilə yoldaşına zərər verən insanlar çoxdur. Belə insanlar mütləq psixoloji dəstək almalıdırlar.

AILE BUDCESI

Maddi sıxıntılar

Evlilik dövründə işini itirmə, iflasa uğrama, yığılan borclar və s. bu kimi hallarında evliliyə təsiri olur. Ailənin gündəlik xərcini qarşılaya bilməmək, uşaqlı evlərdə uşaqların ehtiyaclarının qarşılanmasını təmin etməyi bacarmamaq kimi mənfi hallar evliliyi bitirməyə səbəb olur.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir