xestelik

İnsanlar daha çox hansı xəstəliklərdən ölür?- Ölümlərin 10 əsas SƏBƏBİ

Baxış sayı: 841

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) “2019 Qlobal Sağlamlıq Proqnozları” hesabatı açıqlanıb.

Covid-19 pandemiyasından əvvəlki dövrü əhatə edən hesabata görə, ürək xəstəliyi son 20 ildə dünya miqyasında ölümün əsas səbəbi olaraq qalmaqda davam edir. 2020-ci ildə 1,5 milyondan çox insanın ölümünə səbəb olan yeni koronavirus növü (Covid-19) hesabata daxil edilməyib. ÜST tərəfindən gələn il dərc ediləcək hesabatda Covid-19-un dünyadakı ölümlərin ilk 10-luğu arasında olacağı gözlənilir.

Hesabatda dünyada 10 əsas ölüm səbəbinin aşağıdakı xəstəliklər olduğu bildirilib:

İşemik ürək xəstəlikləri

İnsultlar

Ağciyərlərin xroniki xəstəlikləri

Aşağı tənəffüs yolu infeksiyaları

Neonatal xəstəliklər və pozuntular

Ağciyər, traxeya, bronx xərçəngi

Alzheymer və demensiya növləri

İshal

Şəkərli diabet

Böyrək xəstəlikləri

Qeyd olunub ki, 2019-cu ildə ürək-damar xəstəliklərindən ölənlərin sayı 2000-ci ilə nisbətən 2 milyon çox olub. Hazırda dünyada ölüm səbəblərinin 16 faizini ürək xəstəlikləri təşkil edir. 2019-cu ildə dünya miqyasında 55.4 milyon ölüm qeydə alınıb.

Qeyd olunduğu ki, alzheimer və demensiya da dünyadakı ölümlərin ilk 10 səbəbi arasındadır. Bu xəstəliklərdən ölümlər Amerika və Avropada 3-cü yerdədir. Alzheimer və demensiyadan ən çox qadınlar əziyyət çəkir. Dünyada bu xəstəliklərdən ölənlərin 65 faizi qadınlardır.

Diabetdən ölümlər qlobal olaraq 70 faiz artıb. Kişilər arasında ölüm faizi 80-ə qalxıb.

Sətəlcəm və digər aşağı tənəffüs yolu infeksiyaları ən ölümcül yoluxucu xəstəlik qrupunu təşkil edir bunlar dünyada dördüncü ölüm səbəbi olaraq seçilib. Yoluxucu xəstəliklər arasında birinci yeri aşağı tənəffüs yollarının infeksiyaları, ilk növbədə isə pnevmoniya tutur. Amma ÜST bildirir ki, bu xəstəliklərlə bağlı ölüm hallarının sayı azalıb.

Test və müalicə metodlarının inkişafı nəticəsində HİV/QİÇS artıq ilk onluqda deyil, 19-cu yerdə qeyd olunub. Amma Afrikada ölüm səbəbi olaraq 4-cü yerdə qalır.

Məruzədə xərçəng, şəkərli diabet, travmalar və ürək xəstəliklərinin dünyada ölümün ilk 10 səbəbindən 7-sini təşkil etdiyi qeyd olunub.

ÜST-ün Baş Direktoru Tedros Adhanom Ghebreyesus deyib ki, yeni məlumatlar, proqnozlar, yoluxucu olmayan xəstəliklərin qarşısının alınması, diaqnozuna və müalicəsinə diqqət yetirilməsinin vacib olduğuna bir daha xatırladır.

ÜST-ün iyun ayında verdiyi açıqlamada, Covid-19 epidemiyasının dünyada xərçəng, ürək-damar və diabet kimi illik ölümlərin 71 faizini təşkil edən qeyri-infeksion xəstəliklərin qarşısının alınması və müalicəsinə ciddi təsir göstərdiyi bildirildi.

Hesabatda o da bildirilir ki, 20 il ərzində ömür uzunluğu altı il artıb. İnsanlar indi orta hesabla 73 il yaşayır. Amma ömür uzunluğu göstəriciləri müxtəlif bölgələrdə bir-birindən fərqlənir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir