Cari ilin ilk beş ayı ərzində ölkədə 17 448 nikah və 8 795 boşanma hall qeydə alınıb.
Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,6-dan 4,1-ə, boşanmaların sayı isə 2,2-dən 2,1-ə düşüb.
Maraqlıdır, indiki dövrdə boşanmaların artmasının əsas səbəbi nədir? İndiki gənclər niyə evlenmək istəmirlər?
Psixoloq Fərqanə Mehmanqızı söyləyir ki, günümüzdə cəmiyyət arasında aqressiyaa çox böyükdür:
“Son vaxtlar evliliklərin deyil, boşanmaların artmasının əsas səbəbini araşdırıb tapmalıyıq. Bəlkə də insanlar evliliyi bir şablon formasında görərək evlənmək xatirinə evlənir. Həmçinin, gənclər arasında yeni bir tendensiya var. Onlar söyləyirlər ki, xasiyyətlərimiz uyğun gəlməsə, ayrılacıyıq. Buna görə də rahat davranırlar. Bəziləri azadlıq anlayışını düzgün anlamırlar. Bu səbəbdən aqressiya artır. Hər şeyin ən idealını istəmək, insanların empati duyğularının zəifliyi, dinləmə bacarığının olmaması ailədə problemlərə səbəb olur. Çütlüklər arasında ziddiyyətlər isə sonda boşanmaya gətirib çıxarır. Qəribəsi odur ki, insan artıq bir-birinə tab gətirə bilmirlər. Nəinki, ailə uzunmüddətli dostluq münasibətləri belə yox səviyyəsindədir. Sanki, ətrafa qarşı özgüvənsizlik duyğusu var”.
Ekspert vurğulayıb ki, indiki gənclərin həddindən artıq sərbəst düşüncə altında ailə dəyərlərini məhv etməsi haqlı olaraq yaşlı nəsilin xoşuna gəlmir:
”Onlar da bunu ailələrin münasibətə qarışması kimi başa düşürlər. Ona görə daha da hiddətlənirlər. Elə bir dönəmdir ki, insanlar azadlıq anlayışını özlərinə sərf edən tərzdə başa düşürlər. Fikrimcə, boşanmaların sayının artması empati bacarığının zəif, ailə dəyərlərinə düzgün qiymətləndirməməsi ilə əlaqədardır”.
Nəzrin Vüqarqızı