is

İnsanlar kollektiv qurmağa niyə çətinlik çəkirlər?

Baxış sayı: 1. 763

Yəqin ki, haçansa köçəri çöl qazlarının havada süzərkən”V” şəklində bir formada ucduqlarını görmüsünüz… Qazların niyə bu şəkildə ucduqlarını araşdıran alimlər, tədqiqat nəticəsində çox maraqlı məlumatlar əldə ediblər. İndi o məlumatları sizin nəzərinizə çatdıracağıq.

Sən demə, bu bir təsadüf deyilmiş. “V” şəklindəki uçuş zamanı, uçan hər quş qanad çırparkən, arxasındakı quş üçün münasib hava axını yaradırmış. Beləcə, “V” şəklində uçan qaz qrupu, bir-birlərinin qanad çırpışları nəticəsində meydana gələn hava axınından istifadə edərək uçuşun effektini 70% artırırlarmış. Yəni, onlar tək başına gedə biləcəkləri maksimum yolu, qrup halında az qala iki dəfə artırırlarmış.

Adına “qaz” dediyimiz, çox zaman da insanlar üçün təhqiramiz şəkildə istifadə etdiyimiz bu quşlar, bəzi məsələlərdə insandan daha ağıllıdır. Ən azından onlardan belə bir ibrət götürməyə dəyər: “Müəyyən bir hədəfi olan və buna çatmaq üçün bir araya gələn insanlar, hədəflərinə daha asan və tez yetişərlər.”

Əgər bir qaz, “V” qrupundan kənara çıxarsa, o andan etibarən uçmaqda çətinlik çəkəcəkdir. Çünki o, digər quşların yaratdığı hava axınının xaricində qalmış olacaqdır. Bunu anladıqdan sonra o, qrupa geri dönür və yoluna qrupla birlikdə davam edir.

Buradan ikinci ibrət dərsini almış oluruq: “Əgər başımız bir qazın başı qədər işləyirsə, bizimlə eyni istiqamətə gedənlərlə bilik mübadiləsini və əməkdaşlığı davam etdirməliyik.

Aydındır ki, “V” qrupunun başında gedən birinci qaz, heç bir hava axınından faydalana bilmir. Buna görə də o, digərlərinə nisbətlə daha tez yorulur. Buna görə də, qanadlarının yorulduğunu hiss edən “lider qaz”, yerini dəyişərək ən arxaya keçir və dərhal onun arxasındakı qaz lider mövqeyinə keçir. Bu yerdəyişmə davamlı həyata keçirilir və beləcə hər bir qaz, öz qrupunun hər nöqtəsində iştirak etmiş olur.

Üçüncü ibrət dərsi: “Etdiyiniz hər işi, yeri və zamanı gələndə başqasına təhvil vermək lazımdır.”

Hələ bu harasıdır? Qazlar bizim düşündüyümüzdən daha ağıllıdırlar. Uçuş sürəti yavaşladığınını hiss edən geridəki quşlar, daha sürətli getmək üzrə öndəkiləri qışqıraraq xəbərdar edirlər. Qrup oldaşlarının xəbərdarlığını eşidən qazlar, dərhal qrupun tələblərinə əməl edirlər.

İrəliləmək və inkişaf üçün bəzən başqalarının xəbərdarlıqlarına ehtiyac duyarıq. Buna təəssüflənməməli və hirslənməməliyik, tam əksinə, belə xəbərdarlıqları sevinc və təqdirlə qarşılamalıyıq. Bu bizim qazlardan aldığımız dördüncü dərsdir.

Qrupdakı quşlardan biri xəstələnərsə ya da bir ovçu tərəfindən vurularaq uçmağa davam edə bilməyəcək vəziyyətə düşərsə, avtomatik olaraq yıxılan qaza kömək etmək üçün qrupdan iki qaz ayrılır və xəstə qazı qorumaq üçün onun yanına gəlirlər. Xəstə qaz uçma qbiliyyətini bərpa edənə və ya o ölərsə, ölümünə qədər onlar yaralı yoldaşlarını tərk etmirlər. Daha sonra onlar, özlərinə başqa bir qaz qrupu tapır və yollarına davam edirlər. Nə qədər təəccüblü olsa da, heç bir qaz qrupu, onlara qoşulmaq istəyən qazları rədd etmir.

Beləliklə beşinci ibrət dərsi: “İnsan olmaq yalnız adamlara xas deyil”.

İnsanlar kollektiv qurmağa niyə çətinlik çəkirlər?

– Özünə həddindən artıq güvənmə, fərdi güc nümayiş etdirmək istəyi,

– Toplantılarda söz almaq üçün fürsət gözləmə və qarşısındakını dinləməmə,

– Düşündüklərini mütləq söyləməyi məqsəd qoyma,

– Kollektivə üzv olaraq işləməyi rədd etmə,

– Təməl fikirin özü tərəfindən meydana gətirməsi istəyi,

– Nə bahasına olursa olsun haqlı çıxmağa çalışma,

– Agresif və reaktiv davranışları nəticəsində haqlı olduğu mövzularda belə, tədricən mənfi bal almağa başlama,

– Kollektivə inteqrasiya etməmə.

 

 

Kollektivə uyğun davranışlar aşağıdakılardır:

– Xam fikirlərlə ortaya çıxmır.

– Nə iş verilsə edir.

– “Üzv ol!” deyəndə etiraz etmir. “Lider ol!” deyəndə kollektivi uğurla idarə edir.

– Özündən ağıllı insanlarla işləməkdən narahat olmur.

– O danışmağa başladığı zaman hər kəs susur.

– Söz almaq, mütləq fikir söyləmək kimi bir dərdi olmur.

– Haqlı çıxmaq deyil, doğrunu tapmaq üçün səy göstərir.

– Üslubu doğru olur. Fikirlərini ifadə edərkən qarşısındakını narahat etmir.

– Hər kəs özünə hörmət edir.

– Hədəfini böyütmək üçün işləyir.

 

NLP Master, Fərdi inkişaf ustası Babək Bayramov




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir