kisi

İnsanlara təsir göstərmək üçün 10 psixoloji hiylə

Baxış sayı: 1. 646
Əvvəlcə deyək ki, burada bəhs edəcəyimiz şeylər insanların özgüvənini hədəf tutan, ya da ki, pis nəticələr verə biləcək qara işlərdən ibarət deyil. Burada dost qazanmaq və insanlara təsir edə bilməklə bağlı elmi olaraq araşdırılmış bəzi metodlardan danışacağıq.

1. Yaxşılıq etdirin

1. Yaxşılıq EtdirinKimsə tərəfindən özünüzə yaxşılıq elətdirin. Buna Benjamin Franklin effekti deyilir.

Deyilənə görə, Benjamin Franklini xoşlamayan bir adam varmış. Benjamin F. bu adamı qazanmaq üçün ondan özünə az tapılan bir kitabı oxumağa verməyini istəyir. O adam da kitabı verərkən bütün qəlbiylə təşəkkür edir. Bunun nəticəsində Franklindən heç xoşu gəlməyən bu adamla dost ola bililblər. B. Franklinin sözlərinə görə – sizə yaxşılıq edən kimsə, daha çoxunu etməyə özünü hazırlamış hiss edəcəkdir.
Elm adamları bu nəzəriyyəni test etdiklərində özlərinə yaxşılıq edilməsini istəyən elm adamları hər zaman daha yaxşı şəkildə dəyərləndirilib. Məntiqlə insanlar kiməsə bir yaxşılıq etdiklərində o adamın yaxşılıq edilməyə dəyər biri olduğunu avtomatik olaraq düşünürlər.
Burada başqa bir məsələ də var, insanlar həmişə əlçatmaz insanlara nifrət edirlər. Və sizin həmin insanla yaxınlaşmağınız onun sizə daha çox hörmət etməyinə səbəb olacaq.

2. Yüksək bir hədəf seçin

2. Yüksək Hədəf SeçinYəni istədiyinizdən daha çoxunu dilə gətirin.

Bu metoda “Üzə Divar” üsulu da deyilir. Sadəcə birinin sizə böyük ehtimalla rədd edəcəyi anlamsız bir şey istəyib bir müddət sonra daha az anlamsız bir şeyi (həqiqətən istədiyiniz şeyi) istəmək. Bu metod bir az tərs gələ bilər, ancaq sizi rədd etmək məcburiyyətində olan kimsə özünü pis hiss edəcəyindən daha məntiqli bir şey istədiyinizdə özlərini sizə kömək etmək məcburiyyətində kimi hiss edəcəklər.
Elm adamları bu texnikanı test etdiklərində əgər hər iki şeyi də istəyən eyni adamdırsa bu metodun uğurlu olacağını gördülər. Yəni eyni adama qarşı insanlar ikinci dəfə rədd etməməyə meyillidirlər.

3. Adlar

3. Adlarİnsanların adını, ya da statusunu yerinə görə istifadə edin.

Dale Carnegie haqqında eşitməmisinizsə, özü insanlara təsir göstərmək və onları əldə etmək məsələsində ustadır. İnsanların hansı dildə olursa olsun, adının, özlərinə görə eşidə biləcəkləri ən gözəl səs olduğunu və birinin adını səsləndirəndə onun mövcudluğunu təsdiqlədiyinizi demişdir. Bununla da mövcudluğumuzu təsdiqləyən kiməsə qarşı pozitiv hisslər bəsləməmiz də normaldır.

Status, ya da vəzifə istifadə edmək öz prinsiplərinə görə olduqca təsirlidir. Sadə dildə desək, özü özünü reallaşdıran bir kahinlik kimi insanlar üçün istifadə edəcəyiniz status və vəzifə bir müddət sonra o adamın özünü elə hiss etməsinə səbəb olacaq. Bir ağıllıya qırx nəfər dəli desə, dəli olmağı kimi. Məsələn yaxın dost olmaq istədiyiniz bir tanışa dostum desəniz, bir müddət sonra özünü sizə dost kimi hiss edəcək. Ya da iş görmək istədiyiniz birinə “boss, müəllim, patron” kimi sözlərlə müraciət etsəniz (bir az bayağı xitablardır, düzdür) təsirli olacaq.

4. Tərifləmək

4. TərifləməkTəriflər sizi hər yerə apara bilər.

Bu seçim çox insan tərəfindən bilinsə də, bəzi önəmli nüansları da deyəcəyik. Əgər tərif səmimi görünmürsə, faydadan çox zərər gətirir. Elm adamları insanların tərifləməyə qarşı cavablarının motivasiyalarını araşdırdıqda maraqlı faktlar ortaya çıxdı.

Sadə dildə desək, insanlarıın hər zaman öz düşüncələri ilə bir məntiqi tarazlamaları vardır. Məsələn, özünə güvəni yüksək birinə özünə güvəninin yüksək olduğunu desəniz, bu onun öz düşüncəsini də təsdiqlədiyi üçün sizdən daha çox xoşu gəlməyinə səbəb olacaq. Ancaq özünə güvəni az birinə özünə güvəninin yüksək olduğunu desəniz, bu öz içində necə hiss etdikləri ilə tərs gələcəyi üçün elə də effektiv olmayacaqdır. Təbii ki, özünə güvəni az olan bir insanı daha da alçaltmağınız lazım deyil. Ən yaxşısı, susun.

5. Təqlid

5. TəqlidOnların davranışlarını əks etdirin.

Təqlid olaraq tanınan bu metod insanlarda təbii bir bacarıqdır. Bu insanlar avtomatik olaraq olduqları mühitlərdəki davranış biçimlərini, hətta danışıq qəliblərini kopiyalayaraq uyğunlaşırlar. Ancaq bu texnika məntiqli olaraq da istifadə edilə bilər və sizi başqasının gözündə daha xoşagələn edə bilər.
Təqlid araşdırıldı və ortaya çıxdı ki, təqlid edilənlər özlərini təqlid edənlərə qarşı daha  pozitiv yanaşırlar. Bunun belə olmağının səbəbi kimisə təqlid etmək həmin adamın düz etdiyini təsdiqlədiyiniz anlamına gəlir. Bu təsdiq özlərini təsdiqləyən insana qarşı pozitiv bir yanaşmanı avtomatik olaraq gətirməklə bərabər şəxsin özünə güvənini, xoşbəxtliyini və həyat enerjilərini artırdığı üçün digər adamlara qarşı da pozitiv yanaşmasına da səbəb olur.

6. Yorğunluqdan isitifadə

6. Yorğunluqdan İsitifadəNəsə istəyəcəyiniz şəxs yorğundursa, ondan nəsə istəməyin tam vaxtıdır.

Əgər bir insan yorğundursa digər insanların edəcəkləri ifadə və istəklərə qarşı daha sakit olacaqlar. Bunun səbəbi isə insan yorğun olanda sadəcə fiziki tərəfdən deyil, mental enerjisi də azalmış vəziyyətdədir.  Yorğun birindən nəsə istədiyinizdə bəlkə də anında almayacaqsınız ancaq böyük ehtimalla ağızlarından sabah edərəm sözü çıxacaq, çünki o an bununla maraqlanmaq istəməyəcəkər. Və ertəsi gün də bu istəyi yerinə yetirəcəklər çünki insanlar verdikləri sözü tutmaq istəyirlər.

7. Rədd edə bilməyəcəkləri təklif

7. Rədd Edə Bilməyəcəkləri TəklifSadəcə kiçik bir istəklə başlayaraq davam etmək.

Bu “Üzə Qapı” texnikasının tam tərsidir. Öncə sadə bir istək, bu məsələyə köməklik edəcəyi sözünü verdikdən sonra insanlar daha böyük istəklərinizi də qəbul etməyə daha meyilli olacaqlar. Elm adamları bu fenomeni marketinq üçün araşdırmışdılar.
İnsanlardan cəngəlliklər və ətraf mühit üçün dəstək istədilər, bu da olduqca normal bir istəkdir. Ardınca da kəşf etdilər ki, insanlar bir dəfə cəngəllik və ətraf mühitə dəstək verdiklərini dilə gətirdikdən sonra bu sahəyə aid məhsulları da almağa çox meyilli olurlar. Yalnız tamamilə iki istəyi bir-birinin ardınca avtomat kimi sıralamayın. Psixoloqlara görə ikinci istəklə birincinin arasında ən azı 2 gün zaman olmalıdır.

8. Susmaq qızıldır

8. Susmaq Qızıldırİnsanların səhvlərini düzəltməyin.

Yenə Carnegie tərəfə yönəlirik. Ona görə birinin yanlış olduğunu demək tamamilə lazımsız bir şeydir və sizdən nifrət etmələrinə səbəb olur. Fərqli düşündüyünüzü ortaya qoymağın və nəcib bir söhbətə çevirərək birinə səhv olduğunu demədən – bu onların eqolarını məhv edir – daha yaxşı bir yolu var. Ray Ransberger və Marshal Fritz tərəfindən kəşf edilən Ransberger üsulu. Fikir çox sadədir. Mübahisə yerinə səssizcə söylədiklərinə qulaq asın və ardınca onların necə hiss etdiyini və niyə belə hiss etdiyini başa düşməyə çalışın. Ardınca onlarla paylaşdığınız ortaq nöqtələrdən başlayaraq öz mövqeyiniz açıqlayın. Bu onların sizin söyləyəcəklərinizi daha ürəkdən dinləmələrini təmin edəcək və heç bir küsüşmə filan olmayacaq.

9. Söylədiklərini təkrarlayın

9. Söylədiklərini Təkrarlayınİnsanların söylədikləri cümləni fərqli bir şəkildə ortaya qoyaraq təkrar edin.

İnsanlara təsir etməyin ən pozitiv yolu onları anladığınızı onlara həqiqi bir empatiyayla yanaşdığınızı göstərməkdir. Bunun ən sadə yolu dedikləri cümləni fərqli bir şəkildə dilə gətirib təkrar etməyinizdir. Aparılan araşdırmalar göstərir ki, terapistlər bu texnikadan istifadə edəndə pasientlər daha çox səmimi olublar və daha dərin mövzuları paylaşıblar.
Bu həqiqət çox asan bir şəkildə dostlarınızla münasibətlərinizə transfer edilə bilər. Söylədiklərini dinlədikdən sonra sual halına gətirib cümləni fərqliləşdirərək onlardan soruşduqda sizin anladığınızı təsdiqləyəcəklər və daha rahat şəkildə danışacaqlar. Bundan əlavə sizi daha diqqətli dinləyib daha yaxşı bir dostluq göstərəcəklər. Çünki siz onları dinlədiyinizi göstərmisiniz.

10. Başını tərpətmək

10. Baş SallamaqDanışarkən başınızı təsdiqləmək mənasında hərəkət etdirin, xüsusilə onların təsdiqləmələrini istədiyiniz bir istəyi açıqlayanda.

Araşdırmalarda ortaya çıxdı ki, əgər insanlar bir şeyi dinlədiyində başlarını təsdiq şəklidə hərəkət etdirirlərsə, özləri də eyni şəkildə düşünür. Bundan əlavə əgər qarşılarında biri başını təsdiqləyici şəkildə hərəkət etdirirsə bunu təqlid edirlər. Bu normaldır çünki bilirik ki insanlar təqlidə meyillidir – xüsusilə pozitiv bir mənadadırsa. Yəni deməyimiz odur ki, ekstra şəkildə inandırıc olmaq istəyirsinizsə, başınızı danışanda təsdiqləyici şəkildə hərəkət etdirin. Qarşınızdakı kimsə də öz başını hərəkət etdirməyə məcbur hiss edəcək və bir müddət sonra söylədiyiniz şeyin doğru olduğunu düşünəcək.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir