yer 1

İnsanların məskunlaşdığı ən ucqar yerlər – FOTOLAR

Baxış sayı: 357

Bu rayonlara birbaşa yol yoxdur. Onlar mediada nadir hallarda qeyd olunur və xəritədə tapmaq olduqca çətindir. Sərt qütbyanı kəndlər, okeanla əhatə olunmuş tropik adalar və cəngəllikdə itmiş şəhərlər həyat üçün tamamilə yararsız görünür. Ancaq burada da insanlar məskunlaşaraq rahatlıq yaratmağa və gündəlik həyatı yaxşılaşdırmağa nail olublar.

Bu yazıda sivilizasiyadan uzaq ən ucqar yaşayış yerlərini topladıq:

İllokqortoormiut (Qrenlandiya)

Qrenlandiyanın ən əlçatmaz şəhərlərindən biri olan bu şəhər Kangertittivak fyordunun ucqar şimal sahillərindədir. Təqvim ilinin çox hissəsi ərzində fyord buzla örtülüdür və qəsəbəyə yalnız vertolyotla çatmaq olur. Yayda qayıq transferi mövcuddur. Nə maşın üçün yol, nə də dəmiryolu var.

Əhalisi cəmi 350 nəfərdir. Onların yaşayışı yerli faunanın ovlanmasına əsaslanır: balinalar, suitilər, qütb ayıları, həmçinin karides və halibut tutaraq yaşayırlar. Orta illik temperatur -5°C-dir. İllokqortoormiut Qrenlandiyanın ən soyuq daimi məskunlaşan şəhəridir.

Yerli sakinlər etiraf edirlər ki, İllokqortoormiut gəncliyinizi keçirmək istədiyiniz yer ola bilməz. Tundra mənzərəsi, uzun qış və qısa yay, heç bir əyləncənin və perspektivin olmaması insanları qəsəbəni tərk etməyə məcbur edir. Nəticədə son 20 ildə sakinlərinin sayı 35% azalıb.

Aerial view of Iquitos, Peru, also known as the Capital of the Peruvian Amazon Aerial view of Iquitos, Peru, also known as the Capital of the Peruvian Amazon. It is also the largest city in the world that is not reachable by road. Iquitos Stock Photo

İquitos (Peru)

Britaniyanın “The Guardian” qəzetinin məlumatına görə, bura planetin qonşu yaşayış məntəqələri ilə quru əlaqəsi olmayan ən böyük şəhəridir. Təchizat və sərnişin daşımaları yalnız su və hava yolu ilə həyata keçirilir.

İquitosu sivilizasiyadan tamamilə ayrılmış adlandırmaq olmaz. Bu, Amazon mənzərələri sayəsində ildə 500 minə qədər turisti cəlb edən 400 minlik bir şəhərdir.

Orada beynəlxalq hava limanı var və yerli sakinlər arasında məşhur olan iki universitet var. İquitos yaxşı inkişaf etmiş xidmət sektoruna malikdir. Qəsəbənin iqtisadiyyatının əsasını neft emalı və odunçuluq təşkil edir.

Ən gülməli kənd adı bəlli oldu

 

Mutnıy Materik (Rusiya)

Sonsuz tundrada yerləşən bir rus kəndidir. Komi Respublikasında Mutnaya çayının mənsəbində yerləşir. İllokqortoormiut kimi buradan da rayon mərkəzinə yol yoxdur.

Palçıqlı qitəyə yalnız qayıq, vertolyot ilə gedə bilərsiniz. Əhalisi 300 nəfərdən bir qədər azdır. Onların əksəriyyəti yerli komi xalqının nümayəndələridir.

Qeyd edək ki, Rusiyada onlarla belə kənd var.

Mak-Merdo — Cənub qütbü şossesi — Vikipediya

Mak-Merdo (Antarktida)

Antarktidada uzun müddət təkcə pinqvinlər yaşamayıb. Formal olaraq materik heç kimə məxsus deyil. Lakin orada insanlar durmadan artır. Antarktidanın ən böyük yaşayış məntəqəsi Mak-Merdo liman, nəqliyyat qovşağı, tədqiqat mərkəzi və qitənin qeyri-rəsmi paytaxtıdır.

Burada 1300 nəfər yaşayır. Bu, tamhüquqlu bir elm şəhəridir. Onun tərəvəz yetişdirmək üçün öz istixanası var və bir neçə onilliklər əvvəl hətta öz atom elektrik stansiyasına da malik idi.

Qəsəbə ABŞ-ın yurisdiksiyasındadır. Lakin Antarktidanın İctimai Sahəsi haqqında Konvensiyanı nəzərə alaraq, Mak-Merdo bütün maraqlı ölkələrin stansiyalarına və elmi proqramlarına xidmət edir.

Şimali Sentinel (Hindistan)

Bura planetdə heç bir sivil insanın ayaq basmadığı nadir adalardan biridir. Ancaq buna baxmayaraq, bu adada heç bir yerlə əlaqəsi olmayan sentinel qəbiləsi yaşayır.

Belə ki, kənd bir neçə yüz ildən bir neçə min ilə qədər təcrid olunmuş vəziyyətdə yaşayırdı. Yerli sakinlər müasir xəstəliklərə qarşı immunitetə belə malik deyillər.  Bu yeri ziyarət etmək qadağandır və sərhədlərini Hindistan ordusu qoruyur. Hazırda orada 100-ə yaxın insan yaşayır.

Görünür, əvvəllər xarici aləmlə təmasda olublar, əks halda qohumluq münasibətlərinə görə çoxdan degenerasiyaya uğramış olmalı idilər. Ancaq 18-ci əsrdə kəşf edildikdən sonra sentinellər insanların onlarla  əlaqə qurmaq cəhdlərinə aqressiv reaksiya verdilər, əksər hallarda kənardan gələn insanları sadəcə “yadplanetli” adlandıraraq öldürürdülər.

 

Nubar Süleymanova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir