İnsult bir çox hallarda əlilliyə və ölümə səbəb olan ağır pozulmadır. Əvvəllər insult əsasən yaşlı insanların problemi sayılırdı. Lakin son zamanlar bütün dünyada insult xeyli “cavanlaşıb” və hətta 20-30-40 yaşlı insanlarda qeyd olunur. İnsultdan necə qorunmaq olar? Bu suala “O samom qlavnom” adlı verlişlərin birində məşhur rus həkim-kardioloq Aleksandr Myasnikov cavab verib.
Həkim insultdan qorunmaq üçün bu kimi qaydalara əməl etməyi tövsiyə edir:
1. Arterial təzyiqə daim nəzarət etmək və normada saxlamaq. Bu ən vacib amildir ki, məhz kontrol olunmayan hipertoniya insultun əsas səbəbidir.
2. Qanda şəkərin səviyyəsini normada saxlamaq. Şəkərli diabet zamanı damarlarda pozulmalar inkişaf edir və bu da insultun riskini artır. Şəkərin səviyyəsi nə qədər yüksəkdir damarlarda olan pozulmalar da o dərəcədə ağır olur.
3. Siqaret çəkməkdən imtina etmək. Siqaret çəkmək damarların sıxılmasına və insultun riskinin artmasına gətirib çıxardır.
4. Artıq çəkidən azad olmaq. Artıq çəki və piylənmə hipertoniya və şəkərli diabetin riskini artırır (bax. bənd 1 və 2).
5. Stresdən uzaq olmaq. Stress zamanı qanda adrenalin və kortizol hormonlarının (“stress-hormonları”) səviyyəsi kəskin qalxır ki, nəticədə damarlar sıxılır, təzyiq qalxır.
6. Fiziki aktiv olmaq. Bu, piylənmən riskini azaldır, qan dövranını yaxşılaşdırır, stress hormonlarının səviyyəsini azaldır.
7. Sağlam qidalanmaq. Bu da piylənmənin qarşısını alır.