İntellektual qüsur əvvəlki adı ilə desək mental retardasiya 18 yaşına qədər uşaqlarda xüsusilə inkişaf dövrünün başlanğıcından etibarən müşahidə edilən neyroinkişaf pozğunluğudur. Etiologiyasına baxdıqda risk faktorları iki dövrü əhatə edir:
1) Prenatal(doğuşdan əvvəl)
-genetik və ya xromosom ilə əlaqəli
-alkoqol və ya maddə asılılığı hamiləlik dönəmində
-eklampsiya
-viral infeksiylar
2) Postnatal (doğum sonrası)
-beyin zədələnmələri
-hipoksiya
İntellektual qüsur anadalgəlmə ola bildiyi kimi eyni zamanda sonradan da yarana bilər ki, buna qazanılmış intellektual qüsur deyilir və buna demensiyanı aid etmək olar.
İntellektual qüsur ortalama bir zəkanın (İQ 80-110) alt səviyyəsinə (İQ70 və daha aşağısı) uyğun olub həm koqnitiv olaraq, həm də adaptiv davranışların disfunksionallığı ilə xarakterizə edilir. Diaqnozun qoyulmasında əsasən üç kriteriya əsas götürülür:
1) İntellektual funksiyalarda defisit: problem həll edə bilməmək,səbəb-nəticə əlaqəsi qura bilməmək, müstəqil qərar verə bilməmək, abstrakt düşünə bilməmək, akedemik səviyyədə öyrənə bilməmək və s.
2)Adaptiv davranış funksiyalarında defisit: inkişaf dövrünə uyğun olaraq sosial əlaqələr qura bilməmək,müstəqil ola bilməmək, sosial məsuliyyəti ala bilməmək vəs.
3)Yuxarıda qeyd olunan iki əsas kriteriyanın (həm intellektual defisitin, həm də adaptiv davranış funksiyalarının defisiti) inkişaf dövrünun başlanğıcında müşahidə edilməsidir, yəni 18 yaşına qədər olan dövrü əhatə etməlidir.
Bu kriteriyalardan yanlızca birinin olması intellektual qüsurun olduğuna dəlalət etməz. İntellektual qüsur diaqnozunun dəqiqləşdirilməsi üçün aşağıdakı etaplardan keçilməsi daha əhəmiyyətli hesab edilə bilər:
-Valideynlərlə intervyu etmək
-Uşağı müşahidə etmək
-Həm intellekti ,həm də bacarıqları test edərək
İntellektual qüsuru olan uşaqlara məxsus bu xüsusiyyətləri görmək olar:
-Başlarının digər normal uşaqlara görə daha böyük olması
-Əl və ayaqlarının deformativ quruluşu
-dismorfik əlamətlər, yəni bu həm fiziki, həm neyroloji, həm də sifətlərində anomaliyalar ilə müşahidə edilə bilər.
Bəzi uşaqlarda motorik (oturmaq,durmaq,yerimək) qabiliyyətlərində gecikmənin müşahidə edilməsi gözləniləndir. Eyni zamanda danışığın gecikməsi (sözləri birləşdirməkdə,cümlə qurmaqda) də ilkin olaraq valideynlərin diqqəti çəkən əlamətlərdəndir.
Belə uşaqlara məxsus bəzi davranış pozğunluqları da vardır ki,bunlara; diqqətsizlik, hiperaktivlik, aqressiya, təcavüzkarlıq, özünə xəsarəti vəs.aid etmək olar.
Bəzi hallarda belə uşaqlarda əqli gerilik olaraq stiqmatizasiya məruz qaldıqları üçün depressiya və narahatçılıq kimi komorbodiyalar da müşahidə edilə bilər.
Psixoloq Ilahə Novruzova