İnternetlə dünyanın hər yerində milyonlarla insan bir-biriləri ilə tanış olur. Onların tanışlıqları dostluğa, hətta sevgi münasibətlərinə də çevrilə bilir. İnternetdə tanış olub evlənən cütlüklər arasında araşdırma aparan bir şirkətin nümayəndələri maraqlı nəticələr əldə ediblər. 2005-2012-ci illər arasında evlənən 20 min cütlük (respondent) arasında internetdə tanış olub evlənənlərin sayı olduqca çoxdur. Araşdırma nəticələrinə görə, yaşları 30-50 arasında dəyişən hər üç cütlükdən biri internetdə tanış olaraq evlənib.
Mütəxəssislərin fikrincə, cütlüklərin hansı şəraitdə tanış olmaları onların münasibətlərinə də təsir göstərir. İnternetdə tanış olan cütlüklərin münasibətləri normal həyatda tanış olanlarla müqayisədə daha uzun müddət davam edir. İnternetdə tanış olanlar daha xoşbəxt olduqlarını və nadir hallarda boşandıqlarını deyirlər.