seks

İntim münasibətləri canlandırmaq üçün 5 üsul

Baxış sayı: 806

Hazırda çox sayda qadın və kişi libidonun aşağı düşməsindən, intim həyatda yeknəsəklikdən şikayətlənir. Cütlüklərin həvəsi yoxdur və ya həvəsi tapa bilmir.

“Gencaile.az” saytı  seksopatoloqdan 5 vacib məsləhəti təqdim edir

Necə edək ki, soyumuş hisslərə canlılıq gəlsin?

 SEKS

1) Qəfil hərəkətlər, gğzlənilməz hücum

Uzun müddət münasibətdə olan və seks həyatı rutinləşmiş cütlüklər artıq yataq otağı rejimi, eləcə də bəlli günlərdə seks, öncədən xəbərdarlıq, planlamadan kənara çıxmalıdır. Eyni sözlər, hərəkətlər unuldulsun.

İstər kişi, istər qadın biləndə ki, məsələn kişi işdən gəlib yemək yeyəndən sonra ola bilər ki, yatağa gəlsin, bu zaman arzu, həvəs azalır və könülsüz olur. Siz  əlaqə üçün gözlənilməz, ağlagəlməz yer, zaman seçməli, qəfil hücuma keçməli, eləcə də bu vaxta kimi sizə yad yerlərdə, şəraitdə intim münasibətlə məşğul olmağı seçməlisiz.

Əmin olun ki, bu qadınlar tərəfindən yüksək qiymətləndirilir. Məsələn, işdən icazə alıb, günorta qəfil qadını yaxalamaq daha maraqlıdır, nəinki işdən sonra yorğun vaxtda təklif.

 

2) Komplimentin dərəcəsini artırın

İstər yazı, istər şifahi sözlərlə kompliment, həvəsləndirici söz, təriflər həm kişinin, həm qadının əhvalını qaldırır, özünə güvəni yüksəldir, libidonu artırır. Bunu özünüzə vərdiş edin. Əgər axşama intim planlayırsızsa, günortadan dilinizi şirin etməyə başlayın.

 

3) Açıqlıq

Hələ ki, fikirləri oxuyan cihaz icad olunmayıb, nə kişi, nə də qadın görücü deyil. İntim parntyora istəklərinizi, fantaziyalarınızı, arzularınızı demək lazımdır. Bundan çəkinmək lazım deyil. Əmin olun ki, bu qarşı tərəfi çox həyəcanlandırır. İndi telefon əsridir, ürəyin istəyən pozanı şəkil və ya video formasında göndərə bilərsiz. Əgər gülüş işarəsi göndərsə, bilin ki, qarşı deyil. Ümumiyyətlə, yaxşı seks öncədən çılpaq söhbətdən başlayır.

 

 

4) İkinizə məxsus vaxt

Əgər gündəlik iş, problemlər sizi yorursa və bir-birinizə vaxt tapmırsızsa, bu münasibətlərə soyuqluq gətiribsə, özünə görüş günü təyin edin. Həmin gün şəhərdən uzaqlaşın, kafe, restorana gedin, heç bir uşaq, qohum, dost tanışı özünüzlə aparmayın. Və həmin gün evdə qalmayın. Araşdırmalar göstərib ki, cütlüklər ilk dəfə qaldıqları yerdə daha çox ehtirasa gəlir.

seks

5) Müxtəlif oyunlar

Bir-birinizə seksual məzmunlu cərimələr kəsin. Hansısa işi unudanda, ya edə bilməyəndə, ya suala cavab vermədikdə 10 dəfə öpüş və ya bədənin müəyyən nöqtəsini masaj və s.

Belə oyunlar cütlükləri ehtiras dalğasında saxlayır və bu oyunların sonu mütləq  yaxşı bitir.

Seks həyatına müxtəliflik gətirmək həm kişinin, həm qadının həyat devizlərindən biri olmalıdır. Hətta siz 10 il evli olsanız da, lazım olduqda bir birinizlə yad adam, sanki indicə tanış olmuş kimi davrana bilərsiz




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir