Karyera mütəxəssislərinin fikrincə iş axtarmaq özü də bir işdir. Yaxşı, bəs bu “iş”ə sərf etdiymiz vaxtı idarə etmənin ən effektiv yolu hansıdır? Çoxları üçün, bu, qısa müddət ərzində ən yaxşı işi tapmaqdır, lakin bu planı hər gün həyata keçirmək asan deyil.
Aşağıdakı tövsiyələr iş axtarma prosesini sürətləndirərək, sizə tez bir zamanda işə başlaman üçün əlində olan vaxtdan maksimum düzgün istifadə etməyə kömək edəcək.
Plan hazırlayın
Vaxtınızın bir hissəsini, işə necə düzəlməyin və iş tapmağın müxtəlif yolları haqda düşünməyə sərf edin. Potensial şirkətlər haqda araşdırma aparmağı, istifadə edə biləcəyiniz internet saytlarının adlarını, əlaqə saxlaya biləcəyiniz işəgötürənləri, dostların arasında işəgötürən tanışları olanların adlarını, “CV”lərini yerləşdirə biləcəyiniz saytların adlarını, iştirak edə biləcəyiniz iş yarmarkaları və digər tədbirləri siyahınıza daxil edin.
İş axtarma üsüllarını prioritetləşdirin
Hansı üsulun siznə daha yaxşı iş tapmağa kömək edə biləcəyini fikirləşin və buna əsaslanıb iş axtarma üsullarını qiymətləndirin. Məsələn, hər hansı bir sənaye tədbirində iştirak etməklə işə qəbul olma ehtimalınız daha çoxdur, nəinki iş axtaranlar üçün təşkil olunmuş hər hansı bir tədbirdə olmağınız.
Düzgün vəzifəyə müraciət edin
İş üçün müraciət etməmişdən qabaq bacarıqlarınızı qiymətləndirin və sizə uyğun gələn ən yaxşı işi təyin edin. Filadelfiyanın DeVri Universitetinin karyera xidmətləri üzrə direktoru Ceffri Qrinberq fikrini bacarıqlarının uyğun gəldiyi işlərdə cəmləşdirməyi tövsiyə edir. “Rastlaşdığınız hər bir işə müraciət etmək istəyinizə qalib gəlin. Bunun əvəzinə sizin biliklərinizlə üst-üstə düşən işləri tapın və müraciətlərinin kəmiyyət və keyfiyyətlərinin arasında balans yaratmağa çalışın,” Qrinberq deyir.
İnsanlarla ünsiyyətdə olun
Sizinlə eyni sahəni paylaşan insanlarla ünsiyyətdə olun və onlarla düzgün vaxtda əlaqə saxlayın. Zəngləri ya səhər, ya da iş vaxtının bitməsinə az qalmış müddətdə, onlayn axtarışları isə iş vaxtı bitdikdən sonra edin. İnsanlarla ünsiyyətdə ola biləcəyiniz iş saatlarını onlayn axtarışlara sərf etməyin.
Fikrinizi işinizdə cəmləşdirin
İş axtarmalı olduğunuz müddətdə vaxtınızı televizor qarşısında və ya internetdə fırlanmaqla keçirməyin. Məqsəd və niyyətlə iş görün, və nə etməyinizdən asılı olmayaraq, məqsədinizi unutmayın. Nəyə nail olmaq istədiyinizi aydın şəkildə bildiyiniz zaman, fikrinizi cəmləşdirmək daha asan olur.
Bütün bunlarla yanaşı, hamımız bilirik ki, iş axtarmaq emosional bir prosesdir, ona görə də bu ərəfədə əhvalınızı daim yüksək tutmaq üçün kiçik işlərlə məşğul olun. Məsələn, hansısa layihədə könüllü olmaq üçün müraciət edin və ya dostunuzla görüşün. Bu xırda şeylər çətinliklərin öhdəsindən gəlməyə və iş tapana qədər sizi ruhlandırmağa kömək edəcək.