is

İş axtarışının uğurlu olması üçün taktikalar

Baxış sayı: 1. 078

İqtisadi vəziyyətin çətin olduğu vaxtlarda iş əldə etmək üçün, iş axtaranlar üstün taktikalardan istifadə edib, rəqiblərini geridə qoymağı bacarmalıdırlar. Bəzən ingiliscə “headhunter” adlandırılan peşəkar üçüncü tərəf işəgötürənlər, iş axtaranlara, onların biliklərinə uyğun iş tapmağa kömək edə və ya “CV”lərini digər işəgötürən menecerlər arasında yaya bilərlər.

İşəgötürən – şirkətlərdə mövcud vəzifə üçün ən yaxşı namizədi seçə biləcək ekspert bir qurumdur. Onların iş axatranlarla münasibəti hər iki tərəf üçün faydalıdır: işəgötürənin vəzifəyə uyğun işçilərə, iş axtaranların isə işəgötürən şəxslərə ehtiyacı var. Bu münasibətin potensialını maksimuma qaldırmaq üçün, iş axtaranlar işəgötürənləri və onların bütün bu prosesdəki rolunu başa düşməlidirlər.

 

Mən işəgötürən agentlikdən nə öyrənə bilərəm?

Bir çox üçüncü tərəf işəgötürənlər, eyni anda müxtəlif şirkətlərlə işləyir və onların siyahılarına müxtəlif sənayelərə aid olan biznes əlaqələri daxildir. Onlar işçiyə ehtiyacı olan bütün şirkətlərin daxili mədəniyyət və siyasətindən və iş bazarının dəyərlı biliklərindən xəbərdardırlar. Bu cür perspektiv, iş axtaranlara rəqiblərindən bir addım öndə olmağa kömək edə bilər.

 

Mənim üçün ən yaxşı işəgötürən agentliyi necə tapa bilərəm?

İş axtarma prosesinə mənfi təsir göstərməməsi üçün işəgötürən agentliklə münasibət qurmamışdan əvvəl onun keçmişini və etibarlı olub olmadığını araşdır.

DeVri Universitetinin karyera xidmətləri üzrə magistrı Annet R. Ankango deyir: “Sizin maraqlarınıza tam uyğun gəlib gəlmədiyini öyrənmək üçün hər bir işəgötürənin təcrübə dərəcəsi, bilik sahəsi və müştəri bazası haqqında öyrənin. Hər bir işəgötürən öz uğurlarını sizinlə paylaşmaq istəyəcək. Sizə bənzəyən iş axtaranlar üçün tapdıqları işləri misal gətirmələrini xahiş edin.”

Lakin bu proses zamanı nəzakətli olmağı unutmayın. İşəgötürənlər qapıçıya bənzəyir, onlar kimin işə qəbul olacağına qərar verməyincə, onlara xoş gəlməyən insanları hər hansı bir səbəbdən qapı arxasında qoya bilərlər.

 

İşəgötürən agentlik mənim iş axtarma prosesimi sürətləndirəcəkmi?

İşəgötürən agentliklər eyni anda müxtəlif iş axtaran insanlar və şirkətlərlə işləyirlər, ona görə də səbirli olun. Bir tərəfdən özünüz müstəqil şəkildə axtarışlarınızı edin, lakin eyni zamanda mütamadi olaraq iş axtaranlarla əlaqədə olun. Sizin düzgünlüyünüz, şəxsi bacarıqlarınız, biliklərinız, və karyera məqsədləriniz işəgötürən üçün məhz sizə uyğun iş tapmağı asanlaşdıracaq.

 

Müsahibələrdən əvvəl və sonra nələri etməlisiniz?

İşəgötürən agentliklər öz reputasiyalarını qaldırmaq üçün sizə müsahibədə lazım olacaq bacarıqlarınızı öncədən gücləndirib sizə müsahibələrə hazırlaşmağa kömək edə bilərlər. Müsahibədən öncə işəgötürənlə aparılan səmimi söhbət sizə güclü və zəif tərəflərinizi aşkar etməkdə kömək edə bilər. Bu söhbət həmçinin işəgötürənə bir namizəd kimi sizin haqqınızda əlavə dəyərli bilgilər verə bilər.

Üçüncü tərəf işəgötürənlə münasibət qurmaq sizə iş axtarma prosesində xeyli kömək edə və müsahibəyə getdiyin şirkətdə işə qəbul olmaq şanslarınızı artıra bilər. Siz işə qəbul olma prosesində işəgötürənin rolunu başa düşüb, buna səbr və hörmətlə yanaşsanız, özünüz üçün bir çox perspektivli imkanlar açmış olarsınız.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir