Müvəffəqiyyətli olmaq, bir şeyi bacarmaq, təqdir edilmək, sevilmək, barmaqla göstərilmək…
Bunlar, iş həyatında olan hər kəsin istədiyi uğurlardır. İş yoldaşımızdan eşitdiyimiz “Gözəl işdir!” sözləri belə insanda motivasiya yaradır, ya da təcrübə keçərkən gördüyünüz işlərə indi gördüyünüz işləri müqayisə edərkən görünən inkişaf belə gözlərimizin yaşarmasına səbəb olur. Yəni istənilən halda inkişaf etmisiniz.
Yaxşı, bu inkişafdakı qızıl qaydalar nədir, bu siyahı sizə bunu göstərəcək.
İş, yalnız pul qazanmaq üçün deyil
Sevdiyiniz işlə məşğul olmaq lazımdır. Çünki həyatınızın sonuna qədər eyni işi görəcəyinizi düşünsək, sevdiyiniz bir işi görməniz, hər bazar ertəsi “yenə bazar ertəsi ?!” deyədüşünmədiyiniz bir iş tapmaq lazımdır.
Etdiyiniz işə dəyər verin
Hər nə edirsinizsə edin, məsuliyyətli olun. Sizin etdiyiniz o sadə iş, başqa birinin işini çox asanlaşdıra bilər. Yəni, hadisə sizin etdiyiniz böyük, ya mükəmməl işlər deyil, komanda işidir.
Vəzifə “dəli”si olmayın.
Əsas vəzifədə yüksəlmək, çox pul qazanmaq deyil. İşi doğru şəkildə, doğru zamanda etməkdir. Bəlkə indiki statusunuz sizi qane etmir və ya daha çoxunu istəyirsiniz. Amma doğru zamanda doğru addımı atsanız, irəlidə çox daha müvəffəqiyyətli biri olarsınız.
Hədəfinizin nə olduğunu dəqiqləşdirin
Həyatınız boyunca hədəfiniz olsun. Bu hədəflər, bu gün bu işi bitirmək kimi hədəflər deyil, daha böyüyə, daha yuxarıya görə olsun. Hədəfinizi ağlınızda mütləq saxlayın. Motivasiyanız düşdüyündə bu hədəfinizi təkrar-təkrar ağılınıza gətirin.
Hər gün yeni şeylər öyrənmək üçün zamanınız var
7/24 işləmək əlbəttə size ruhdan salar. Amma hər gün araşdırma edərək, özünüzə yeniliklər qata biləcəyiniz işdə bir addım önə keçərsiniz. Qısacası, bu tərübənizə təcrübə qatar.
İzləmək də öyrənməyin bir hissəsidir
Ətrafınızda sizdən daha təcrübəli olan insanlarla ünsiyyət qurun, onlara sual verin. Hər gün yeni bir şeylər öyrənməyə çalışın və özünüzü inkişaf etdirin.
Təcrübələrinizi göstərməkdən çəkinməyin
Yığıncaqlarda fikrinizi bəyan etməkdən çəkinməyin. Çox axmaq bir fikir belə böyük bir hadisəyə çevrilə bilər. Çəkinməyin, hücumda olun. Yaxşı fikrin haradan çıxacağını bilə bilməzsiniz.
Planlaşdırma hər şeydən əhəmiyyətli ola bilər
Bəzi günlərin dolu, bəzilərin isə bom-boş olduğuna şahid olmusunuz. Bu, bir az da gələn işlə əlaqəlidir. Buna görə, bir az ehtiyatlı davranaraq nəyi nə zaman etmək lazım olduğunu dəqiqləşdirin və işinizi rahatca və planlı bir şəkildə həyata keçirin. Bu şəkildə həm digər mövzularda özünüzü inkişaf etdirməyə vaxtınız qalır, həm də zamanınızı effektiv bir şəkildə istifadə edirsiniz.
Öz motivasiyanızı özünüz öldürməyin
Nəticə olaraq iş həyatıdır, böhranlar, çətinliklər, səhvlər ola bilər. Bunlar sizi qorxutmasın. Burada əsas olan qətiliklə davam etməkdir.
Necə görünürsünüzsə , eləsiniz
Birini gördüyünüz zaman nə olursa olsun əvvəl paltarlarına baxarsınız, digər insanlar da sizə eynisini edir. Buna görə xarici görünüşünüz və geyimlərinin, sizi insanlara tanıdan ilk faktordur.