1. Üzr istəyirəm, tıxac var idi İş görüşməsi zamanı belə cümlə işlətmək, demək olar ki, «yox» cavabı almağa bərabərdir. Çünki sizi işə götürən şəxs ilk görüşə gecikdiyinizə görə hər gün gecikəcəyinizi düşünəcək.
2. Elə bildim ki, sizdə bunun başqa kopyası da var Bəzi işə götürən şəxslər sizdən tərcümeyi-hal, ya da cv tələb edə bilər. Buna görə də özünüzlə 2 ədəd cv və ya tərcümeyi-hal aparmağınız məsləhətlidir. Bəlkə intervyuda yalnız HR menecer yox, əlavə 2 nəfər də oldu?
3. Bəlkə sizdə qələm olar? Görüşə getməzdən əvvəl çantanıza 2 ədəd qələm qoymağınız tövsiyə olunur.
4. Gözləyin, telefonumu söndürüm İş görüşməsi zamanı telefonunuza zəng gəlir və melodiya oxumağa başlayır. Beləliklə, siz də işə düzəlmə şanslarınızı 30% azaldırsınız:) İşlədiləcək ən uğursuz cümlələrdən biri də, «gözləyin telefonumu söndürüm» ifadəsidir. İş adamlarının 1-2 dəqiqə ərzində qərarlar verdiyini nəzərə alsaq, sizin bu ifadəniz onun fikrindən daşınmasına səbəb ola bilər.
5. Əslində, o qədər də əmin deyiləm Unutmayın ki, rəhbərlər özündən əmin olmayan biri ilə işləmək istəməz.
6. Siz özünüz işə necə qəbul olmusunuz ki? İşə götürən şəxslər özəl suallara cavab verməkdən qaçarlar.
7. Axırıncı işlədiyim şirkətin müdiri elə də yaxşı insan deyildi Bu ifadə ən uğursuz ifadə hesab olunur. Çünki həmin şəxs sizin qeybətcil olduğunuzu və gələcəkdə onun da haqqında belə danışacağınızı düşünür. Əvvəlki müdirim cındır idi, keçmiş mühasibimizdən həmişə tər iyi gəlirdi, köhnə iş yerimdə ilan kimi qızlar vardı, menecerim gey idi – belə şeyləri qətiyyən demək olmaz.
8. Neçə gün məzuniyyət olacaq? Bu tip sulları işə qəbul olunduqdan sonra vermək daha məqsədəuyğundur. Birinci görüşdəcə bu sualı vermək o qədər də yaxşı qarşılanmır.
9. Evlənmişəm, işə ehtiyacım var İşə götürən şəxslər, ümumiyyətlə, şəxsi həyatınızla bağlı deyil, iş həyatınız haqqında danışmağınızı istəyirlər. Onlar üçün ilk sırada işə girmək istədiyiniz şirkət və mövqeyiniz üçün nə qədər istəkli olduğunuzu görmək gəlir. Buna görə fərdi problemlərinizi kənara qoyun və işi nə qədər istədiyinizi izah edin.
10. «Hər şeyi soruşdum» cavabı Görüşün sonunda «Soruşmaq istədiyiniz, maraqlandığınız bir şey var?» sualına «Hər şeyi soruşdum, vse ponyatno», — deyə cavab versəniz, qarşınızdakı şəxs sizin haqda ala-yarımçıq, natamam insan kimi düşünə bilər. Buna görə də iş görüşmələrinə ən az üç əvvəlcədən hazırlanmış sualla gedin.