kisi

İş müsahibəsində necə geyinməli?

Baxış sayı: 759

Əgər müsahibəyə hazırsınızsa, xarici görünüşünüz barədə düşünməyin vaxtı gəlib çatıb.

İlk təəsürat həmişə ən güclü olur. Ona görə də əla görünməlisiniz. İşə götürən namizədin xarici görünüşündən çox şeyi anlaya bilər.

 

Dress-kodu öyrənin

İşəgötürəni fəth etməyə gedərkən, geyiminizin şirkətin siyasətinə uyğun olub-olmamadığını öyrənin. Bunun üçün sosial şəbəkələrdə şirkətin əməkdaşlarının geyimlərini gözdən keçirin. Ekoşirkətə heyvan dərisindən gödəkcədə gəlmək düz olmaz, elə deyilmi? “Casual” stildə geyinən ofisdə isə klassik kostümə gülərlər.

 

Öz xarakterinizi paltar vasitəsi ilə göstərin

İşəgötürənə necə təəsürat bağışlamaq istədiyiniz barədə düşünün. Ciddi əməkdaşlar neytral rəngdə bağlı geyimlər geyir. Kreativ və yaradıcı insanlar isə dəbli fasonlara və əlvan rənglərə üstünlük verir.

Özünüzü təhlil edin və kim olmaq istədiyiniz barədə düşünün. Əgər rasional və eyni zamanda original görünmək istəyirsinizsə ciddi kostüm geyib ona maraqlı aksent əlavə etmək olar. Məsələn pencəyin altından toxunma jilet və adi yox, dəri şalvar geymək olar.

 

Səliqəlilik hər şeydən vacibdir

Müsahibəyə şalvarının üstündə ləkə ilə gələn şəxs pis təəsürat bağışlayır. Hətta onun iki ali təhsili, istirahətsiz 20 il stajı olsa belə, o ləkə daha böyük əhəmiyyət kəsb edəcək.

Özünə baxa bilməyən əməkdaş kimə lazımdır? Ona görə də, müsahibəyə geyinəcəyiniz paltarların səliqəli olması mühüm şərtdir.

 

Rahat geyinin

Heç kim önündə kətilin üzərində qurdalanan namizəd görmək istəməz. Amma dar şalvar və ya ayaqqabı geyən insan məhz belə edir.

Sizin üçün adi olmayan paltar seçməyin. Bir sözlə, sizi narahat edən geyim geyməyin, çünki bu sizə xeyirdən çox, zərər gətirə bilər.

 

Geyim ilk növbədə sizin özünüzə xoş olmalıdır

İşəgötürənə nə qədər dəyərli əməkdaş olduğunuzu göstərmək üçün ilk növbədə özünüz buna inanmalısınız. Bəs xarici görünüşünüz xoşunuza gəlmədikdə buna necə inanmaq olar? Ona görə də, sizə dəbli olduğunuzu hiss etdirən paltarları geyinin. Amma bir çox yerdə olduğu kimi, əsas ifrata varmamaqdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir