iş enerji

İş qabiliyyətiniz nə qədərdir? – TEST

Baxış sayı: 2. 186

İnsanın əmək qabiliyyəti, onun faydalı iş əmsalı çox zaman onun nə dərəcədə enerjili olub-olmamasından asılı olur. Lakin elə də olur ki, insanın həyat fəaliyyəti, aktivliyi kifayət qədər yüksək olsa da, bu, mənasız, boş-boş şeylərə israf edilir; çox vacib məsələlərin, tapşırıqların həllinə isə artıq kifayət etmir. Ümumiyyətlə iş qabiliyyətiniz hansı səviyyədədir? Fiziki cəhətdən aktivsiniz, yoxsa tezyorulan? İş prosesində qüvvənizi bərabər bölüşdürə bilirsinizmi? Bunları müəyyənləşdirməkdə sizə təqdim etdiyimiz test yardım edəcək.

1. Mən möhkəm əsəbiləşdikdən sonra sakitləşməyi çox asanlıqla bacarıram.

a) Bəli;

b) Heç də həmişə yox;

c) Xeyr.

2. Mən yolumda hər hansı bir maneə, sədlərin olmasından asılı olmayaraq həmişə öz məqsədimə, fikrimə sadiq qalıram.

a) Bəli, həmişə;

b) Müxtəlif cür ola bilər;

c) Xeyr, bu, belə deyil.

3. Çox zaman səhərlər yerimdən qalxarkən özümü yorğun hiss edirəm.

a) Bəli;

b) Hərdən;

c) Heç vaxt.

4. Düşünülməmiş, əsassız və məntiqsiz tənqid mənə nəinki səhvlərimdən nəticə çıxarmağa imkan verir, əksinə, məni təhqir edir.

a) Tez-tez;

b) Hərdən;

c) Heç vaxt.

5. Yeri gəldikdə hisslərimi idarə edə, onlara çox uğurla nəzarət edə bilirəm.

a) Bəli;

b) Cavab verməkdə çətinlik çəkirəm;

c) Xeyr.

6. Elə olur ki, müvəqqəti və əlavə çətinliklər məni hövsələdən çıxarır.

a) Bəli;

b) Hərdən;

c) Heç vaxt.

7. Heç nəyə baxmayaraq mənim çox yaxşı, dərin yuxum olur.

a) Bəli;

b) Heç də həmişə yox;

c) Xeyr.

8. İnsanlar çox tez-tez məni özümdən çıxarır.

a) Bəli;

b) Cavab verməkdə çətinlik çəkirəm;

c) Xeyr.

9. Əgər kimsə əsəblərimə toxunursa:

a) Mən bunu gizlətməyi bacarıram;

b) Müxtəlif cür ola bilər;

c) Yüngülləşməyim üçün bunu mütləq yaxın bir tanışımla bölüşməliyəm.

10. Qaranlıq, sonu görünməyən və qeyri-məlum gələcək haqda düşünəndə həyəcanlanıram.

a) Bəli;

b) Heç də həmişə yox;

c) Xeyr.

11. İştirak etdiyim hansısa oyun zamanı müşahidəçilərdən kimsə şərh verməyə, yaxud öz rəyini bildirməyə çalışanda, bu, mənə mane olur.

a) Bəli;

b) Heç də həmişə yox;

c) Xeyr.

12. Elə olur ki, xırda nüanslar məni özümdən çıxarır. Lakin anlayıram ki, ciddi nəsnələr barədə düşünüb narahat olsaydım, daha məntiqli və faydalı olardı.

a) Bəli;

b) Hərdən;

c) Xeyr.

13. Nadir hallarda hirsimi kiminsə üzərinə tökürəm.

a) Bəli;

b) Heç də həmişə yox;

c) Xeyr.

Balları hesablayın və nəticələri çıxarın:

2, 3, 4, 6, 8, 10 və 12-ci sualların hər bir “A” cavabı və 1, 5, 7, 9, 11, və 13-cü sualların hər bir “C” cavabı üçün özünüzə 2 bal hesablayın. “B” bəndinin cavabları üçün isə 1 bal qeyd edin.

0-7 bal: Güman ki, sizdə “Bir qalanın sirri” kinofilmindəki Bıdı obrazının xarakterik xüsusiyyətləri var. Həddindən artıq passivliyiniz, güman ki, sizin tapşırıqları aşağısəviyyə və sürətdə yerinə yetirməyinizdə, aşağıtempli iş fəaliyyətinizdə, gündəlik qida və istirahət rejiminizdə də özünü göstərir. Nisbətən aşağıtempli işlə məşğul olmaq sizin üçün ən optimal variantdır. Bu, çətin vəziyyətlərdə sizə sağlamlığınızı və gücünüzü qorumağa kömək edir.

7-16 bal: Sizin yüksəksəviyyəli iş qabiliyyətiniz var. Siz kifayət qədər uzun müddətə gərgin iş rejimində çalışa bilərsiniz. Lakin çox yaxşı anlayırsınız ki, bütün bu yüklənmələrdən sonra gücünüzün bərpa olunması üçün normal istirahət çox vacibdir. Odur ki, rahatlaşmağı və tam olaraq dincəlməyi yaxşı bacarırsınız. Siz öz imkanlarınızı düzgün qiymətləndirə bilir və qüvvənizi, həmçinin enerjinizi ağılla, məntiqlə paylaşdırmağı bilirsiniz.

17-26 bal: Siz daim gərgin iş şəraitində çalışırsınız. Sakit, rahat iş sizin üçün deyil. Belələrini “İş xəstəsi” adlandırırlar. Siz daim hansısa problemlərin həlli ilə məşğulsunuz. Hər zaman aktiv iş rejimində fəaliyyət göstərərək, hər şeyi vaxtlı-vaxtında təhvil verməyə çalışırsınız. Nəticədə tez-tez özünüzdə hədsiz yorğunluqlar və süstlük də hiss edirsiniz. Lakin yenə də əliniz işdən soyumur. Yaxşı-yaxşı düşünün, bu qədərinə dəyərmi?!

Təqdim etdi: Elnur Ağayev




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir