292454

İş yerində bitki nəyə faydalıdır?

Baxış sayı: 1. 592

Dibçəkdəki bitkilər diqqəti cəmləşdirməyə yardımçı olur, ofisdə əməyin məhsuldarlığını 15% artırır. “Yaşıllıq” içində işləyənlər öz həyatlarından daha çox razıdırlar.

Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, bunu Kardiff Universitetinin alimləri deyirlər.

Alimlər Böyük Britaniya və Hollandiyada iki ofisdə araşdırma aparıblar. Araşdırma başlandıqdan üç ay sonra bitkilər qoyulmuş ofisdə əməyin məhsuldarlığı 15% artıb.

“Bizim araşdırmamız göstərir ki, bitkilər olan ofis işçilərin həyatını yaxşılaşdırır və iş qüvvələrini artırır”, – araşdırmanın rəhbərlərindən biri deyib.

Digər araşdırmanın nəticələrindən bəlli olub ki, içində bitkilər olan ofisin işçiləri daha az xəstələnirlər. Bunun izahı isə bitkinin havanı filtrdən keçirməsi və keyfiyyətini yaxşılaşdırması ilə bağlıdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir