sevgi

İş yoldaşınıza aşiq olmusuz?

Baxış sayı: 1. 442

İş yoldaşınla sevgi münasibəti həyəcanlı, eyni zamanda, iş vaxtını daha əyləncəli keçirmənin yolu olsa da, diqqət edilməli məqamlar da var. Xüsusən karyerasını irəlilətməyə çalışmaq istəyənlər üçün kritik bir məsələdir.

Bir iş yoldaşına aşiq olmaq üçün bəzən kiçik ofislər fəlakət yer ola bilər. Ofislərin böyüklüyü önəmlidir. Həm də bütün günü birlikdə keçirdiyiniz bir insana bağlanmanız normaldır. Kiçik məkanlar daha romantik münasibətə zəmin yaradacaq yaxınlığa səbəb olur.

İş yoldaşına yaxınlaşmaq üçün onu əldə etmək o qədər də çətin olmayacaq. Onunla gündəlik olaraq həmişə birgə olduğunuzdan, birlikdə həyat, iş haqqında danışar, qəhvə içər, ya yemək yesəniz, sevginin ilk çətin mərhələlərini adlamış olarsız. Bəs hansı nöqtədə sonrakı addımı atmağa və iş yoldaşı ilə gerçəkdən bir münasibətə girməyə qərar verməlisiniz? Addım atmadan əvvəl bu münasibətin karyeranıza nə verə  və ala biləcəyini düşünün.

Ofis sevgisinin gətirdikləri: Bir çox yeni münasibətdə olduğu kimi, gerçək həyəcanlar ilk səhifələrdə olur: flirt, gizli maillər, gülümsəmələr və seksual baxışlar, zarafatar, məktublar. Bütün bunlar ofisdəki ən çətin anlarınızı asanlaşdıracaq.

Səhər qalxdığınızda özünüzü canlanmış hiss edəcək, işə getmək üçün səbrsizlənəcək və ona hər gün gözəl görünməyə çalışacaqsız. Bəlkə də hər kəsdən gizli yanağından alınan “sabahın xeyir” öpüşü bütün gününüzə müsbət təsir edəcək.

Aşiq olduğunuz ofisdəki ən gözəl qızdırsa, siz də özünüzü yaraşıqlı biri kimi hiss edəcək və bundan əvvəl sıxıcı gələn ofis yeməklərinə daha da sevinclə qatılacaqsız.

Özəl anlarda bir həftə boyunca 40 saat birlikdə keçirdiyiniz üçün mövzular köhnəldiyində yenilərini tapa bilərsiz. İşlə bağlı problemləriniz olduğunda bölüşəcək biri olacaq.

Apardıqları: Həyatda hər şeydə olduğu kimi, yaxşılar da pislərlə bərabər gəlir. İşlər yaxşı getməyəndə ofisdəki sevgilinizlə aranızdakı gərginliyin bir də ekstra olması son istəyəcəniz şeydir. Daha da pisi ofisdəkilərin bu gərginliyə şahid omasıdı.

İşdəykən sadəcə bir-birinizə zaman ayırdığınız üçün digər iş yoldaşlarınızdan soyuyacaqsız. Zamanla özünüzü yad biri kimi hiss edəcək və vaxt gələndə yenidən onların güvənini aqzanmağa çalışacaqsız.

Ayrıldığınızda ofisdə onu görməzdən gəlmək mümkünsüz olacaq.

Ofis dedi-qoduları sizin tərif şansınızı da azaldacaq. Müdiriniz işdənsə daha çox sevdiyinizlə vaxt keçirdiyini görsə, işlər o zaman çətinləşər.

Ofisdə dedi-qodu sevənlər iş yoldaşınızla aranızda bir şeylər olduğunu hiss edərlərsə, bunu ortaya çıxarmaq üçün əllərindən gələni edərlər. Özəl vəziyyətlərdə yaxalandınızsa, bitdiniz. Bu, professional duruşunuza xələl gətirə bilər.

Ayrılıq müddəti. Bir çox münasibətlərdə olduğu kimi, iş sevgilərində də ayrılıq yaşana bilər. Bundan sonra zaman cəhənnəm əzabının saatları kimi gələcək. Normal münasibəti bitirməyin ən yaxşı yolu onu bir daha görməməkdir. Ancaq ofis münasibətlərində işlər çox çətin olur. Hələ üstəlik sizin gözünüzün önündə başqa biriylə flirt etməsi çox pis olacaq. Qısqana bilərsiz.

Bunlar da işdəki performansınıza mənfi təsir edər. Onunla xoş günlər haqqında boş boğazlıq edər, ya onun haqqında mənfi  dedi-qodu etsəniz, bunlar sonda gəlib sizi tapacaq.

Sonda işinizi və münasibətinizi eyni anda yürütmək imkanında olduğunuzu düşünsəniz belə, buraxın iş və özəl həyatınız ayrı qalsın.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir