ofis 4

İş yoldaşlarınızdan gizlətməli olduğunuz 8 sirr

Baxış sayı: 1. 084

“Talentsmart” milyondan çox insanı sınaqdan keçirib və müəyyən edib ki, yüksək səviyyəli işçilərin 90%-i yüksək emosional intellektə sahibdir. Belə insanlar başqalarının fikirlərini “oxuyur”. Bu xüsusiyyət onlara imkan verir ki, iş yoldaşlarına nəyi demək, nəyi deməmək lazım olduğuna qərar verə bilsinlər.

Həyatınızın 8 məqamı var ki, iş yoldaşlarınızın bilməsi gələcək karyeranıza mənfi təsir edə bilər.

 

1) Siyasi baxışlarınız

Siyasi baxışlar insanların şəxsi keyfiyyətləri ilə sıx əlaqəlidir. İş həyatında bunu münaqişəsiz şəkildə müzakirə etmək çətin məsələdir. Bu barədə kiminləsə fikir ayrılığı həmin adamı sizə qarşı mənfi kökləyə bilər. Başqalarının fikirlərini dinləyin, lakin arqument bildirməyin. Hər kəs həyatını öz idealları və nəzər nöqtəsi ətrafında qurur. Kiminsə siyasi baxışına mənfi rəy bildirmək onun bu barədə düşüncəsini dəyişməyəcək. Odur ki, iş yerində boş yerə konflikt yaratmağa dəyməz.

 

2) İş yoldaşlarından hansısa birinin səriştəsiz olması barədə fikir

İş yerində kimin səriştəli, kimin səriştəsiz işçi olduğunu hamı bilir. Əgər onlara daha yaxşı işçi olmaq yönündə kömək edə bilmirsinizsə və ya işdən çıxara bilmirsinizsə, fikrinizi özünüzə saxlayın. Kiminsə haqqında mənfi düşüncəni dilinizə gətirməyiniz kənardan elə təəssürat yarada bilər ki, siz başqalarından daha yaxşı olduğunuzu nümayiş etdirməyə çalışırsınız.

 

3) Əmək haqqınız nə qədərdir

Qazandığınız pulu valideynlərinizə deyib onları sevindirə bilərsiniz. Lakin iş yerində bunu etməyin. Əbəs yerə öz üzərinizə mənfi enerji və paxıllıq dolu nəzərlər çəkməyin. Komanda üzvləri sizin maaşınızın azaldılması üçün cəhdlər edə bilər. Öz əmək haqqını həmkarlarınkı ilə müqayisə etmək yaxşı heç nə gətirmir. Bütün işçilərə maaş bərabər miqdarda verilə bilməz. Kimin nə qədər qazandığını bidikdən sonra münasibətlər də əvvəlki kimi olmur.

 

4) Öz işinizdən zəhləniz gedir

İşinizi sevmədiyinizi büruzə vermək sizin haqqınızda pis fikir formalaşdırır. Rəhbərlik də belə işçiləri ümumi motivasiyanı azaltdığı üçün sevmir. Unutmayın, əvəzolunmaz insan yoxdur. Sizin nifrət etdiyiniz işi sevən pozitiv işçi mütləq tapılar.

 

5) Sizin şəxsi həyatınız

İş yerinizdə nüfuzunuzu zədələmək istəmirsinizsə, şəxsi həyatınızın təfərrüatlarını sirr kimi saxlayın. Əks təqdirdə həmkarlarınızda ya gülüş doğuracaqsınız, ya da ikrah hissi.

 

 

6) Başqasının şəxsi həyatı haqqında düşüncələriniz

Hansı həmkarınız öz həyatını necə yaşayır, kiminlə vaxt keçirir, düşüncə tərzi və həyat tərzi necədir? Bunlar sizi maraqlandıran suallar ola bilər. Lakin hər şeylə maraqlanan işçi komandada neqativ hisslər doğurur. Sizin düşüncələriniz – sizin şəxsi işinizdir. Nə istəyirsinizsə, düşünə bilərsiniz, amma bu fikirləri dilinizə gətirməyin.

 

7) Keçmişdə elədiyiniz vəhşiliklər

Keçmişiniz sizin haqqınızda çox şey deyə bilər. Əgər hansısa axmaq və ya çılğın bir hərəkəti illər əvvəl belə eləmiş olsanız, çətin ki, o vaxtdan bəri çox dəyişəsiniz. Odur ki, özünüz haqqında mənfi fikir yaratmayın. Sərxoşluq, kiçik oğurluqlar, içkili vəziyyətdə maşın sürmək, heyvanları ələ salmaq və s. kimi lüzumsuz xatirələr həmkarlarınıza göstərir ki, siz kifayət qədər uzaqgörən deyilsiniz və özünüzü idarə edə bilmirsiniz. Şübhəli keçmişinə baxmayaraq prezident seçilən çox insan var. Ancaq sizin piar komandanız yoxdur, ona görə də gənclik səhvlərinizlə təklikdə fərəhlənin.

 

8) İş axtarırsınız?

Həmkarlarınıza yeni iş axtardığınızı deməyin. Bunu bildirdiyiniz anda onların gözündə artıq vaxt itkisi olacaqsınız. Bəlkə, yeni iş xəyallarınız puç olacaq. Odur ki, çaya çatmamış çırmanmayın!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir