komputer

İşdə zamanı necə idarə etmək lazımdır?

Baxış sayı: 1. 133

“İşləri çatdıra bilmirəm” deyənlərin ən böyük dərdi zamanın idarəedilməsidir. Bütün diqqətinizi maksimal şəkildə işə yönəltmək və işi vaxtında çatdırmaq üçün zamanın idarəedilməsi vacibdir. Bəs bunu necə edə bilərsiniz? Bir neçə ipucunu diqqətinizə çatdırırıq.

Uğur qazanmağın ən əhəmiyyətli üsullarından biri zamanın idarəedilməsidir. Zamanı düzgün istifadə edənlər özlərinə vaxt ayırmaqla yanaşı, həm də işlərini stressə girmədən bitirə bilərlər.

 

Nizam-intizam yaradın və sıraya düzün

Görəcəyiniz bir neçə iş ola bilər, bunun üçün ilk növbədə bir siyahı hazırlayıb prioritetlərinizi müəyyən etməlisiniz. Hansı işlər daha əhəmiyyətlidir və deadline nə vaxtdır? Sizin də təxmin etdiyiniz kimi ən təcili olandan başlamaq ən ağıllı variantdır. Hər bir iş üçün deadline qoymaq və intizam yaratmaq çox faydalı olacaq. Gözünüzün qabağında olan öhdəliklərin siyahısı isə prioritetləri müəyyən etməkdə sizə çox kömək edəcək.

 

Təqvim yaradın

Hazırladığın siyahını təqvimə köçürsəniz işiniz də rahatlaşacaq. Hansı işə gün ərzində nə qədər vaxt ayıracaqsınız, digər işləriniz nə qədər vaxt alacaq, proqramınızı siyahıya əsasən necə tənzimləməlisiniz? Bax elə bu suallar işləri planlaşdırmağa kömək edəcək.

 

Deadline`ları bir-birinə yaxın tarixlər seçməyin

Mümkün qədər bir-birinə yaxın deadline tarixləri olan işləri öz öhdənizə götürməyin. İşi öz öhdənizə götürüb edə bilməməkdənsə, əvvəlcədən görməli olduğunuz başqa işlərinizin olduğunu deyin və yeni işi ancaq daha sonrakı tarixlərə sala biləcəyinizi qeyd edin. “Başqa əhəmiyyətli işim var” deyib bu işi başqa bir tarixə keçirə bilə və ya yeni işin daha əhəmiyyətli olduğunu düşünürsünüzsə, onda təqvimdə işlərin yerlərini dəyişdirə biləcəyinizi də deyə bilərsiniz. Əks halda, iki ayrı-ayrı işi eyni anda eyni məhsuldarlıqla işləyə bilməyəcəyinizi deyin.

 

Xırdaçılıq etməyin

Hazırladığınız layihədə bir nöqtədə ilişib qalmayın, ona saatlarınızı sərf etməyin, qeydlər edərək davam edin. Tək bir nöqtəsi mükəmməlləşdirməyə çalışarkən vaxt itirməyin. Bitirdikdən sonra geri qayıdıb istədiyiniz detalları yenidən əlavə edə, dəyişdirə bilərsiniz.

 

Diqqətinizi yayındıran faktorları aradan qaldırın

Diqqətinizi yayındıran bütün faktorları özünüzdən uzaqlaşdırın. İşinizi böləcək bildirimləri bağlayın, özünüz üçün sakit iş mühiti yaradın. Gözlənilməz problemlər həmişə çıxa bilər, işinizə ayıracağınız vaxtı müəyyən edərkən bunu da diqqətə alın.

 

Özünüzə şəxsi vaxt ayırın

Gün ərzində bütün saatlarınız üçün planınız olmalıdır, bütün günü iş üçün ayırmaq əvəzinə müəyyən saatları özünüzə ayıracağınızı və bu saatlarda nə edəcəyinizi müəyyən edin. İstirahət etmədən işiniz də qeyri-məhsuldar olacaq. Bu səbəblə də özünüzü yaxşı hiss etməyiniz çox vacibdir. Məsələn, bu qədər vaxtımı ailəmlə keçirəcəm, bu qədərini işləyəcəm, sabah da sosial tədbirlər üçün vaxt ayıracam deyə işlərinizi planlaşdıra bilərsiniz.

 

Bədəninizə qulluq edin

İşi çatdırmaq üçün yatmadığınız saatlarda istənilən səviyyədə məhsuldar olmayacaqsınız. Zehniniz və bədəninizin gümrah olması üçün yaxşı yatmaq önəmlidir. Nizamlı yuxu məhsuldarlığınızı artıracaqdır. Əvvəlcədən vaxtınızı düzgün bölüşdürsəniz, ondan bu problemin də qarşısını almış olarsınız.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir