66

İşdə xoşbəxtliyə necə nail ola bilərik?

Baxış sayı: 1. 524

İşdə xoşbəxtliyə nail olmaq üçün müdirinizdən gec saatlara qədər sizə iş tapşırmamasını və yaxud işinizi yüngülləşdirməsini tələb etməyiniz mütləq deyil. Əmək haqqına əlavələr də sizə kömək etməyəcək.

Bəs işdə xoşbəxtliyə necə nail ola bilərik?

Hər şeyi olduğu kimi qəbul edin:

Pis bir şey baş verdikdə özünüzü “edam” etməyin. Baş verəni dərk edin, lakin ona qiymət təyin etməyin. Sakitliyinizi itirmədən etməli olduğunuzu etməyə çalışın.

İnciklikləri unudun:

İnciklikləri unutmaq işdə uğur qazanmağın əsas yoludur. Keçmişdə “eşələnməyi” tərgidin.

Vaxtınızı paxıllıq etməyə sərf etməyin:

Bir kəsə paxıllıq etdikdə bir fikri yadınıza salın ki, sanki dünya artıq çox kiçikdir və burada sizin üçün uğur qalmayıb.

İşdə deyil, həyatda məna axtarın:

Özünüzü bankda menecer olaraq deyil, adi bir insan olaraq düşünün.

10 il əvvəl necə olduğunuzu və 10 ildən sonra necə olacağınızı düşünün:

Yadınıza salın ki, 10 il əvvəl sizə yuxuya getməyə belə imkan verməyən problemlər artıq yoxdur. İndi də sizi narahat edən problemlər zamanla yoxa çıxacaq. Bu həqiqəti dərk edin və bu sizə yeni perspektivlər qazandıracaq.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir