İnsanı xarici görünüşünə görə qarşılayırlar, bunu unutmamaq lazımdır. İş həyatının insanları dəbə deyil, prestij və respektabelliyə üstünlük verirlər.
Biznesmenə yaxşı görünməsi üçün kiçik qarderob belə kafidir. Beləki, qarderobda bir neçə kostyum, pencək, şalvar və 10 ədəddən az olmayaraq köynəyin olması kifayətdir.
İş vaxtı istifadə olunan kostyumlar adətən daha tünd rənglərdə olurlar. İstənilməsə belə, daha konservativ olmaq məcburiyyəti var.
Tünd göy və ya tünd boz xətli kostyumlar ən optimal hesab olunurlar. Beləki, belə görkəmdə axşam çağırıla biləcəyiniz iş yeməyində belə görkəmli olacaqsınız. Əks halda evə dəyib əyninizi dəyişməyə vaxtınız olmaya bilər.
Qış aylarında kostyumun rəngi yay aylarına nisbətən daha tünd olmalıdır. İş qarderobunuzu formalaşdırdığınız zaman artıq şeylər əldə etməyin. Öz istəklərinizi imkanlarınıza, imkanlarınızı isə ehtiyaclarınıza bağlayın . Minimum geyim, maksimum variant prinsipinə sadiq qalın. Stilistlər iş adamlarına məsləhət bilirlər ki, iki baza kostyumu əldə etsinlər, biri naxışlı, digəri isə daha ciddi qara, tünd göy və ya tünd boz rənglərdə.
Parçaya mütləq diqqət yetirmək lazımdır. Çoxlu yuyulmasına baxmayaraq, kostyumunuz daim təzə görsənməli, fiziki dəyişiklikləri olmamalıdır.
Əgər seçdiyiniz kostyumları düzgün ala bilsəniz onları da kombinə edib geyinə bilərsiniz. Köynəyiniz isə daim üzərinizdə olan ən açıq rəngli olmalıdır. Naxışlı köynəklər qalstuksuz taxılmalıdır. Manjetlər az da olsa (2 sm) görsənməli, bu səbəbdən qısaqol köynəklərdən istifadə edilməməlidir.
Qalstuk bağladığınız zaman onun düzgün və səliqəli olmasına diqqət yetirin, əks halda bütün görkəminizi poza bilər. Qalstukun düyünü nə böyük, nə də balaca olmalıdır. Optimal qalınlıq yuxarıda 3 barmaq, aşağıda isə 1 barmaqdır.
Ümumiyyətlə qalstuk seçimi kostyumun rəngi və parçasında asılıdır. Beləki, ciddi iş kostyumuna təbii və süni parçadan olan qalstuklar uyğundur. Adətən bunlar çox parlaq və naxışlı olmayan qalstuklardır. Bununla yanaşı kostyumun rənginə uyğunluğu mütləqdir. Qalstuk kostyum ilə eyni rəngdə ola bilər, lakin yaxşı olar ki, ondan daha tünd və ya daha açıq rəngdə olsun. Qalstuk-kəpənək isə rəsmi dəvətlərdə istifadə olunmalıdır.
Corablar adətən qara və boz olur. Çalışın corablarınız uzun olsun ki, ətiniz görsənməsin. Ayaqqabıya gəldikdə isə, qara ayaqqabı bütün kostyumlar ilə gedir, bej-qəhvəyi kostyumlar ilə qəhvəyi ayaqqabıdan istifadə edə bilərsiniz.
Sizlərə bir neçə görkəm misallarını gətiririk:
Boz kostyum — ağ, tünd mavi, çəhrayi, fil dişi rənglərində köynək; istənilən rəng qalstuk; qara ayaqqabı; qalstuk rənginə uyğun corab.
Tünd boz kostyum — ağ, açıq çəhrayi, fil dişi rənglərində köynək; qırmızı-qara qalstuk; qara ayaqqabı; qara corab.
Tünd mavi kostyum — ağ, fil dişi rənglərində köynək; qalstuk boz-qırmızı-bordo; ayaqqabı qara və ya tünd qəhvəyi; corablar tünd boz, bordo, kül rəngi.
Tünd göy, Tünd yaşıl kostyum – ağ köynək; qırmızı-mavi qalstuk; qara ayaqqabı; qara corab, fil dişi köynək; qalstuk qırmızı-yaşıl-qəhvəyi; tünd-qəhvəyi ayaqqabı; açıq qəhvəyi corab.
Qum rəngində kostyum – açıq mavi köynək; tünd mavi qalstuk; açıq qəhvəyi ayaqqabı; açıq mavi corab.
Açıq qəhvəyi kostyum – ağ, çəhrayi, tütün rəngli köynək; yaşıl, bordo və qırmızı-qara qalstuk; kofe və qırmızı-qəhvəyi ayaqqabı; açıq qəhvəyi və bordo corab.
Tünd qəhvəyi kostyum – ağ, bej, açıq çəhrayi köynək; yaşıl-qəhvəyi, qırmızı qəhvəyi qalstuk; qəhvəyi ayaqqabı; bordo və kofe rəngli corab.
Qara kostyum — ağ köynək; boz-gümüşü, qırmızı-qara qalstuk; qara ayaqqabı; qara, kül, tünd bənövşəyi corab.