beden

İspan alimlər insanı 135 il yaşadacaq

Baxış sayı: 2. 203
İspan alimləri bildirirlər ki, “cavanlıq iksiri” deyilən böyük bir kəşfin astanasındadırlar. Onların fikrincə, bu kəşf insana 135 yaşadək ömür sürmək imkanı verəcək.
Dərman vəsaiti canlı orqanizmdə gövdə hüceyrələrinin əmələ gəlməsini tənzimləyən zülallar əsasında hazırlanıb. Yeni “cavanlıq iksiri” əbədi həyat vəd etmir, amma insana 40-50 il əlavə ömür bəxş etmək iqtidarındadır.
Müəyyən mexanizmlərin təcrid edilməsi ömür müddətini xeyli artırmağa imkan verir. Mütəxəssislər hesab edirlər ki, gövdə hüceyrələri orqanizmin əbədi gənclik mənbələrindən biridir.
Hələlik eksperimentlər laboratoriya siçovulları üzərində aparılıb. Alimlər onların ömrünü 65 faiz artırmağa müvəffəq olublar. İndi də preparatı könüllülər üzərində sınaqdan keçirmək niyyətindədirlər.
Elmi qrupun rəhbəri Fernando Qrasiya eksperimentlər zamanı əldə olunan nəticələri şərh edərək bildirib ki, bu patologiya barəsində insan ilə analogiya aparmaq üçün siçanlar ən uğurlu modeldir. Nəticələr kliniki tədqiqatlar aparmaq üçün əsas ola bilər.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir