“Gencaile.az” saytının “Yeməyə nə var?” rubrikasında bu gün oxucularımıza ispanaqdan fisincan hazırlanmasının qaydasını təqdim edəcəyik.
İnqrediyentlər
7 dəstə ispanaq
2 baş soğan
100 qram təmizlənmiş qoz
50 qram ərinmiş Super Sun yağı
zövqə görə duz və istiot
zövqə görə göyərti
Hazırlanma mərhələsi
İspanaq təmizlənir, duzlu suda bişirilərək sıxılır. Daha sonra zövqə görə duz və istiot səpilir. Yağda qovrulur. Soğan halqavari doğranılır. Qovrulmuş ispanaq qəlyanaltı qabına qoyulur, üstünə halqavari doğranmış soğan, qoz ləpəsi qoyulur və göyərti səpilir. Servis edərkən yanında 1 st qatıq da vermək olar.
Nuş olsun!
Məsudə Sultan