“Gencaile.az” saytının “Yeməyə nə var?” rubrikasında bu gün sizə ispanaqlı kroketin hazırlanma qaydasını təqdim edəcəyik.
İnqrediyentlər
1.5 st düyü
250 qram sürtgəcdən keçirilmiş ağ pendir
2 ədəd yumurta
1 diş sarımsaq
2 ç.q. limon qabığı
2 sapalaq göy soğan
250 qram ispanaq
2-3 saplaq şüyüd
1 ədəd yumurta(qızartma üçün)
2 stəkan çörək qırıntısı(suxarik)
150 qram yağ
Hazırlanma mərhələsi
Düyü təmizlənir, yuyulur, qaynadılır və suyu süzülürək geniş bir qaba tökülür. Sürtgəcdən keçirilmiş pendir, yumurta, xırda doğranmış ispanaq, əzilmiş sarımsaq, limon qabığı, xırda doğranmış şüyüd və soğan düyünün üzərinə əlavə olunub qarışdırılır. İçlikdən hissələr ayrılır, sosis formasında kroketlər düzəlir. Özlərini tutması üçün bir az saxlanılır. Qızartmaq üçün kroketlər əvvəlcə yumurtaya, sonra suxarikə batırılır və tavada əridilmiş yağda qızardılır. Artıq yağı salfetlə alındıqdan sonra servis edilir.
Tehranə Əskərova