“Gencaile.az” saytının vaxtaşırı instagram sosial şəbəkəsindəki “my_ sweet_house_1” səhifəsinə istinadən oxucularına təqdim etdiyi “Şirin süfrə” rubrikasında bu gün sizə ispanaqlı tortun hazırlanma qaydasını təqdim edir.
Lazım olan ərzaqlar
4 ədəd yumurt0a
1 stəkan un
1 stəkan şəkər tozu
1 yemək qaşığı duru yağ
150 q ispanaq yarpağı püresi
1 paket vanil
1 paket qabartma tozu
Kremi Üçün
1 l süd
1 stəkan şəkər tozu
1 stəkan un
1 paket vanil
1 stəkan hindistan cəvizi
1 yemək qaşığı kərə yağı və ya marqarin
Kremin hazırlanması
Bir qazana süd,şəkər və unu alın, muhalləbi qatılığına gələnə qədər topaqlanmaması üçün davamlı qarışdırın. Göz -göz olanda vanilini, Hindistan cəvizi və yağı əlavə edib qarışdırın. Ocaqdan alıb ilınmaya qoyun.
Keksin hazırlanması
Ispanaq yarpaqlarını təmiz yuyub robota yığın. Üzərinə çox az su əlavə edib püre halına gələnə qədər əzin. Yumurtanı köpüklənənə qədər çırpın. Şəkəri əlavə edib qabarına qədər çırpmağa davam edin. Duru yağ və ıspanaq püresini əlavə edib qarışdırın. Un və qabartma tozunu əlavə edib qarışdırın. Orta boy qəlibin altına yağlı kağız sərin və yan divarları yağlayın. Keksin ərzaqlarını qəlibə tökün və 180 dərəcədə bişirin. Keks soyuduqdan sonra ortadan ikiyə bölün. Dərin bir kasanın içərisinə( hər yanına) strec film çəkin. Daha sonra keksin rahat çıxmasını gözləyin. Keksin bir hissəsini kasaya yerləşdirib əlinizlə qabın şəklini alması üçün basdırın. İçinə ilınan kremi tökün və qaşıqla düzəldin. Digər keks parçasını da üzərinə əlavə edib yüngülcə basdırın. Üzərinə bir tabaq qoyub 1 gecə soyuducuda saxlayın. Ertəsi gün servis qabına ters çevirerek servis edin. İstəsəniz kreminizin içini daha da zənginləşdirə bilərsiniz. Məsələn, banan dilimləri, damla şokolad və s. istifadə edə bilərsiniz.
Nuş Olsun!
Damaq dadınıza uyğun tortların sifariş olunması üçün aşağıdakı səhifəyə müraciət edə bilərsiniz.
https://www.instagram.com/my_sweet_house_1/