Tərkibi:
3 yumurta
1 stəkan duru yağ
1 stəkan şəkər tozu
2 stəkan un
1 stəkan blenderdə çəkilmiş çiy ispanaq yarpağı
1 paket qabartma tozu
1 paket vanil
Kremi üçün:
2 stəkan süd
2 xörək qaşığı un
2 xörək qaşığı şəkər tozu
Bundan əlavə:
1 stəkan süd
1 paket krem şanti
Hazırlanması:
İspanaqları yuyub yaxşıca süzün və yarpaqlarını blenderden keçirin. Yumurta və şəkər tozunu ağaranadək çırpın. Duru yağ, un, qabartma tozu və vanili əlavə edib bir az da çırpın. İspanaqları əlavə edib yaxşıca qarışdırın və yağlanmış qaba töküb, 175 dərəcəyədək qızdırılmış sobada 25-30 dəqiqə bişirin.
Krem üçün olan ərzaqları qarışdırıb, bişirin və soyudun. Krem şantini 1 stəkan soyuq südlə çırpıb, soyumuş olan digər kremlə qarışdırın. Tortun kənarlarını bıçaqla kəsib qırıntı halına gətirin. (Bu qırıntılar kremi sürtdükdən sonra tortu bəzəmək üçün istifadə ediləcək)
Tortu iki hissəyə bölün, arasına və üstünə krem sürtün və qırıntılarla bəzəyin.