Dodaqlardakı boyanın bir qadını bu qədər təsirli şəkildə dəyişdirə bilməsi, özünə inam və cazibədarlıq bəxş etməsi heyrətamizdir.
Bu il Venesiya Film Festivalının qırmızı xalı keçidlərində dünyanın ən gözəl modelləri öz nümunələrində qırmızı dodaq boyasının istisnasız olaraq hər kəsə yaraşdığını sübut etdilər.
Əsas odur ki, öz doğru çalarınızı seçin. Məsələn, Sara Qadon dodaqlarını rus qırmızısı üslubunda boyayıb, supermodel Barbara Palvin rəsmi protokollar üçün daha keçərli olan şərab çaları üzərində dayanıb. Hər ikisi də əla görünür! İngilis aktrisa Rut Uilsonun seçimi daha çox kərpic tonlarına yaxın olan qırmızı dodaq boyası olub.
Qeyd etmək lazımdır ki, qırmızının tünd tonları payızda xüsusilə aktualdır.