2

İstənilən yaşda dəbli görünmək üçün nə edək?

Baxış sayı: 631

Amerikanın “Vogue” jurnalının redaktoru Anna Vintur moda sənayesinin bəlkə də ən nüfuzlu siması və əsl stil ikonasıdır. 73 yaşı olmasına baxmayaraq, hələ də bütün qadınları yalnız dəbli və ahəngdar obrazları ilə deyil, həm də həyatla bağlı müdrik məsləhətləri ilə ruhlandırır.

“Gencaile.az” saytı “Publika.az”-a istinadən oxucuları Anna Vinturun istənilən yaşda dəbli və gözəl görünmək haqqında verdiyi tövsiyələri ilə tanış edib. O heç vaxt sözün əsl mənasında gözəl olmayıb, lakin həmişə özünü düzgün təqdim etməyi bacarıb. Vintur hesab edir ki, qadın cəlbediciliyi onun özünəminliyindən asılıdır.

“Heç kim çirkin deyil. Sadəcə gözəlliyin müxtəlif səviyyələri var”, – Anna qeyd edib.

Vintur özünün parlaq və lakonik üslubunu uzun illər əvvəl tapıb və o vaxtdan bəri deyilən tənqidlərə baxmayaraq, ona sadiq qalıb. Jurnalın baş redaktoru hesab edir ki, ümumiyyətlə başqalarının narazılığına fikir verməyə dəyməz. Onun fikrincə, əgər biz ən kiçik tənqidə qulaq asmağa başlasaq, o zaman səhərlər oyanmaq həvəsimizi itirərik.

Xanımları hər zaman baxımlı görünməyə səsləyən moda tənqidçisi qeyd edib ki, istənilən dövrdə dəbli görünmək üçün qarderobumuzda bir neçə geyimin olması vacibdir.

“Əgər siz hərəkətdə olan bir qadınsınızsa, işləyir və çox səhv etmək istəmirsinizsə, qarderobuzda ağ-qara sviter, klassik şalvar və ya yubka, klassik uzun palto və sevdiyiniz ayaqqabı olmalıdır. Sizi xoşbəxt edən, izdihamdan fərqləndirən və özünüzə imanı artıran bir əşyanın olması da son dərəcə vacibdir. Büdcə imkan verirsə, heyranedici zinət əşyaları axtarın. Məncə, bu, bir qadının sahib ola biləcəyi ən ruhlandırıcı vasitədir”.

1

2

3

4

5

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir