yemeye ne var

İştahaaçan və praktik salat - "YEMƏYƏ NƏ VAR?"

Baxış sayı: 462

Bu salat həm qonaqlar gələndə, həm də tez və dadlı bir şey hazırlamaq istəyəndə sizi xilas edəcək. İştahaaçan dadı və hazırlanmasının asanlığı ilə hər kəsin bəyənəcəyi yeməklərdən biridir. Beləliklə, “Gencaile.az” saytının “Yeməyə nə var?” rubrikasında kolbasa, qarğıdalı, xiyar, yumurta və krutonlu salatın hazırlanmasından bəhs edəcəyik.

 

Hazırlanma müddəti:

30 dəqiqə

1 yumurtadan klassik biskvit hazırlayın RESEPT

Mükəmməl dondurma RESEPTİ:Mağazadan alınandan daha dadlı olacaq

Qulançarın bilinməyən faydaları

Qida dəyəri (100 qram üçün):

167 kkal

 

İngrediyentlər:

Yarımhislənmiş kolbasa — 200 q

Toyuq yumurtası — 2 ədəd

Konservləşdirilmiş qarğıdalı — 200 q

Turşu (marinovka olunmuş) xiyar — 2 ədəd

Kruton (qurudulmuş çörək kubikləri) — 100 q

Mayonez — 2 xörək qaşığı

 

Hazırlanma qaydası:

Yumurtaları qaynar suya salıb 10 dəqiqə qaynadın. Sonra soyudun və qabığını təmizləyin. Konservləşdirilmiş qarğıdalının suyunu süzün. Kolbasanı, turşu xiyarı və qaynadılmış yumurtaları nazik uzun dilimlər (samanvari) şəklində doğrayın. Doğranmış ərzaqları qarğıdalı ilə birlikdə bir qaba əlavə edin, üstünə mayonez töküb yaxşıca qarışdırın. Salatı servis boşqabına düzün və üzərinə krutonları səpin.

 

Məsləhət:

Sizə uyğun olaraq krutonları süfrəyə verməzdən əvvəl səpmək məsləhətdir ki, salatda xırtıldayan teksturasını itirməsin.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir