osmanli

İstanbula subay oğlanların gəlməsi niyə qadağan idi?

Baxış sayı: 1. 507

Hər zaman gündəmdə olan Osmanlı dövləti olduqca maraqlı bir tarixə sahibdir. Osmanlı İmperiyasının sultanları, şahzadələri və ya hərəmxanaları haqqında zaman-zaman məlumatlar paylaşılır. Bu dəfə Osmanlı tarixində insanlara qoyulan qəribə qadağalar haqqında məlumat verəcəyik.

Qəhvə qadağası…

Qanuni Sultan Süleymanın padişahlığı dövründə İstanbula gətirilən qəhvə tez bir zamanda sosial həyatın bir parçasına çevrilmişdi. İlk dəfə 1554-cü ildə qəhvəxana açılmışdı. Beləcə bu cür qəhvəxanalar çoxalmağa başladı. Qəhvəxanalar Osmanlı tarixində ilk dəfə Sultan Süleyman tərəfindən qadağan edilib. Buna səbəb insanların orada çox vaxt keçirməsi, işləməkdən boyun qaçırmaları olub. İllər keçdikcə bu qəhvəxanalar yenidən açılmış, daha sonra yenə bəzi sultanlar tərəfindən qadağan olunmuşdu.

Siqaret və tütün qadağası…

Osmanlı İmperatorluğunun 17-ci padişahı 4-cü Murad əhaliyə içkini və tütünü qadağan etmişdi. Bununla yanaşı, o da Sultan Süleyman kimi insanların qəhvəxanalara getməsini qadağan etmişdi. 4-cü Muradın qadağa səbəbi isə insanların orada oturub, boş-boş dövlətin əleyhinə danışmaları olub. Qadağalara baxmayaraq, bəzi insanlar qəhvəxanalar açmaqda davam edirdi. Lakin iş o yerə çatmışdı ki, bunun cəzası edam idi.

Qadınlara dükan qadağası…

1573-cü ildə, qadınların İstanbulda Əyyub Sultan məscidinin önündəki qaymaqçı dükanına girməsi qadağan edilmişdi. Buna səbəb isə qadınların türbə ziyarəti adı ilə burada sevdiyi kişilərlə gizli görüşməsi olub. Əyyub Sultan məscidinin qazısına edilən şikayətlərdən sonra qadınlara bu dükana girmək qadağan olunub. Bu dükana qaymaq almaq üçün yalnız kişilər girə bilərdi.

At qadağası…

1595-ci ildə qaraçılara ata minmək qadağan olunmuşdu. Ata minməklə yanaşı, bu heyvanı bəsləmək və ya onu saxlamaq da qadağalar arasında idi. Bu qadağa Türkiyənin Rumeli bölgəsində də tətbiq edilmişdi.

Hamam qadağası…

Hamama gedən qeyri-müsəlmanlar seçilmək üçün ayaqlarına nal geyinmək məcburiyyətində idilər. Onlara nalsız hamama getmək qadağan idi. Yunan, erməni, yəhudi və s. müsəlman olmayanlar bu naldan istifadə edərək, hamama gedirdilər.

Yemək qadağası…

1821-ci ildə Sultan II Mahmud tərəfindən qoyulan yemək qadağasının səbəbi israfçılığın qarşısını almaq idi. Sultanın verdiyi fərmana görə, evlərdə ən az 5, ən çox 7 növ yemək bişirilə bilərdi. Bundan artığı qadağan olunmuşdu.

Subay oğlanlar üçün İstanbula giriş qadağası…

1826-cı ildə verilən fərmana görə, İstanbula subay oğlanların girməsi qadağan idi. Buna səbəb Anadoludan və Yunanıstandan gələn gənc oğlanların İstanbulda ictimai asayişi pozmaları idi. Belə ki, İstanbula gələn gənc subay oğlanlar burada dava çıxarır, quldurluq edir və s. bu kimi qanunsuz hadisələr törədirdilər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir