bal

İsti çay və ya südə qarışdırılaraq içilən balın faydası varmı?

Baxış sayı: 2. 399

İllərdən bəri balın insan sağlamlığı üçün çox xeyirli bir qida olduğu haqda danışılır. Faydalı fermentlər, proteinlər, turşular, vitamin və minerallarla zəngin olan bal enerji və şəfa mənbəyi kimi qəbul edilir.

Lakin qida dəyəri çox yüksək olan bu məhsulun düzgün qəbul qaydasını bilmək vacibdir. Tabloid.az xarici mətbuata istinadən xəbər verir ki, araşdırmalar göstərir ki, bal +43 dərəcə istiliyə məruz qaldığı halda tərkibindəki bütün faydalı fermentlər, proteinlər, turşular, vitamin və minerallar öz keyfiyyətini itirir. Yəni, isti çay və ya südə qarışdırılaraq içilən balın heç bir faydası olmaz, bunu əvəzinə ilıq süd və ya çaya qatılaraq içilən bal daha faydalı olur.

Bununla yanaşı balın soyuducuda saxlanılması da onun keyfiyyətini aşağı salır. Balın ən yaxşı saxlanılma qaydası otaq temperaturunda günəş işığına məruz qalmayan sərin və qaranlıq bir yerdə saxlamaqdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir