et

İstidə ət yeməyin təhlükəsi

Baxış sayı: 729

İstidə ət yemək təhlükəlidir. İstidə bədəndəki bütün proseslər yavaşlayır, o cümlədən ətin həzm prosesinin uzunması ciddi fəsadlarla nəticələnə bilər.

Bu barədə həkim-dietoloq Yelena Solomatina danışıb.

O, maddələr mübadiləsini sürətləndirmək üçün rasiona çiy tərəvəzlər daxil etməyi təklif edib. Eyni zamanda tərəvəz kabablarının həzmi yaxşılaşdırdığını xatırladıb.

“Badımcan, bibər və pomidor kababı ən yaxşı qarnitürdi. Daha çox bişmiş və çiy tərəvəzlər yeyin. Çünki onlar su və liflə zəngindir. Çox adam yeməkdən öncə su içməyi unudur, xüsusən də manqal zamanı. İstidə bədən bütün qüvvəsini ilk növbədə sərinləməyə xərcləyir. Ətin həzmi üçün qanın normal hərəkət etməsi, oksigenin olması, fermentlərin əmələ gəlməsi lazımdır. Ancaq həzm sistemi öhdəsindən gələ bilmir. Əgər ağır yemək yemisinizsə, kölgəli yerdə gəzintiyə çıxmağı məsləhət görürük”, – ekspert yekunda qeyd edib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir