kosmetika

İstifadə edək, yoxsa ataq? – KOSMETOLOJİ

Baxış sayı: 1. 709

Davamlı istifadə etdiyiniz pomada və ya kirpik üçün tuş kampaniyaya girdiyində ondan bir neçə dənə alıb saxlamaq çox ağıllıca bir iş deyil. Çünki hər vasitənin müəyyən saxlanma müddəti var. Məhsul açıldıqdan və istifadə edilməyə başlandıqdan sonra bakteriyalar, istilik və işıq məhsulun keyfiyyətinə mənfi təsir edə bilər. Bir krem nə qədər maye ehtiva etsə, dözmə müddəti və mikroorqanizmlərə qarşı müqaviməti də o qədər düşər. Məsələn, yağ nisbəti yüksək bir krem, maye nisbəti yüksək nəmləndirmə xüsusiyyəti olan bir kremə qarşı daha dayanıqlıdır. İstifadə müddətini aşan, çox isti və işıqlı yerdə mühafizə edilən makiyaj vasitələri dərhal pozulmağa başlar. Bu vəziyyətdə tək çarə; onları zibil qabına atmaq və yenilərini alıb istifadə etməkdir. Yaxşı hansı məhsulu istifadə etməyə davam etməli, hansını zamanı gəldiyində zibil qabına atmalı? Budur cavabları:

 

 

Dodaq boyası

Ömürü 2 – 3 ildir. Ancaq yaz aylarında havanın çox isti olması səbəbiylə pomadaların səthində kiçik su qabarcıqları meydana gələ bilər. Bu normaldır. Əgər pomadanız qurumuşsa, dodağınıza sürdükdən sonra üzərinə parladıcı sürərək quruluğu örtə bilərsiniz. Çox quruları zibilə atın.

 

 

Tonal krem

Açılmadığı müddətcə 2 – 3 il dözər. Əgər tonal kreminiz  dibə çökmüş və üst səthdə yağ təbəqəsi meydana gəlmişsə, bir az yelləyərək təkrar köhnə halına gətirə bilərsiniz. Tonal krem  süngəri istifadə edirsinizsə, bunu hər istifadədən sonra yumalı və diqqətlə saxlamalısınız.

 

 

Göz qələmi

Likit olanların, eynilə kirpik üçün tuşlar kimi içinə hava dola biləcəyindən ömürləri qısadır. Açılıb uzun müddət istifadə edilməyənlərin də  təhlükəsi var. Qələmlərin isə dayanıqlılığı üç ildir.

 

 

Pudra

Eynilə ənliklər kimi uzun ömürlüdür. Amma yığcam pudralar, hava aldıqlarə müddət boyunca quruma təhlükəsiylə qarşı-qarşıyadırlar.

 

 

Gözaltı bağlayıcıları

1 – 2 il dözər. Lakin yığcam şəklində olanlar daha tez quruyar və bir zaman sonra istifadə edilə bilməz hala gələ bilər.

 

 

Ənlik

Suya dayanıqlı olduğu üçün uzun müddət istifadə edilə bilər. Lakin həddindən artıq istidə quruyan ənlikləri dərhal zibilə atmalısınız.

 

 

Ten

Dayanıqlılıq müddətləri 1 – 2 ildir. Bundan sonra tenlər quruya bilər və ya çatlaya bilər. Zamanı keçən tenlərin ən diqqətə çarpan xüsusiyyəti isə göz qapaklarında dağılmamasıdır.

 

 

Ətir

Açıldıqdan sonra ömürü iki ildir. Ən yaxşısı ətirləri quru və sərin bir yerdə saxlamaqdır. Günəş şüalarına məruz qalan ətirlərin qoxusu tez uçar.

 

 

Lak

Heç açılmadığı müddətcə ömürü iki ildir. Ağızı açılan və uzun zaman istifadə edilməyən laklar qalınlaşaraq pozulmağa başlar. Laklarınızın ömürünü uzatmaq üçün, hər istifadədən sonra fırçasını təmizləməli və ağızını uzun müddət açıq buraxmamalısınız.

 

 

Dəri təmizləmə məhsulu

Uzun müddət dözər. Çünki ehtiva etdikləri maddələr bakteriya meydana gəlməsini tədbirə xüsusiyyətinə malikdir. Lakin təmizləmə dəsmalları 1 – 2 il içərisində qəbul edilməlidir. Spirtli məhsulların ömürü təxminən iki, yağlıların isə bir ildir. Əgər məhsulda tortalaşma başlamışsa, qətiliklə istifadə etməyin.

 

 

Nəmləndirici krem

Açılmadığı müddətcə təxminən üç il dözər. Açılan və uzun zaman istifadə edilməyən vəsaitlərin üst səthində yağ təbəqəsi meydana gələ bilər və pis iy verməyə başlar. Balon içində olan nəmləndirici kremlər, havayla təmas etmədiyi üçün daha uzun ömürlüdür.

 

 

Günəş kremi

Əsla bir əvvəlki yaydan qalan günəş kreminizi istifadə etməyin. Çünki ümumiyyətlə qumluya aparılan və günəş şüalarına birbaşa məruz qalan kremlərin tərkibindəki maddələr bir müddət sonra istilik səbəbiylə mənfi istiqamətdə təsirlənməyə başlar. Normalda günəş kremlərinin dözmə müddəti altı aydır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir