istiot

İstiotun faydaları

Baxış sayı: 1. 975
Yeyərkən bizi tərlədən, ağzımızı, toxunarsa gözümüzü “yandıran” istiotun əslində bir çox faydası var. İstiot kalsium, maqnezium, dəmir, vitamin K və C ilə zəngindir. Öskürəyi yox etməyə kömək edir, soyuqdəymə və həzmə xeyirdir. Minerallarla zəngindir. Tərkibindəki C vitamini sayəsində təbii antibiotik özəlliyi var. Xəstəliyin qarşısını almaqda təsirlidir və iltihaba qarşı istifadə edilə bilər. Xlorid turşusu ifraz edərək, həzmi asanlaşdırır, mədə və bağırsaqla bağlı xəstəlikləri əngəlləməyə kömək edir.
Bakteriyaların səbəb olduğu xəstəliklərin müalicəsi üçün kömək olur. Qəbzlik, ishal kimi xəstəliklərin müalicəsində də effektlidir.
İstiot öskürək və soyuqdəymə əleyhinə dərman kimi istifadə olunur. Balla qarışdırılanda öskürəyə qarşı faydalıdır. Qrip və burun tutulmasına yaxşı təsir edən istiot xərçəngə qarşı da effektlidir. O, maddələr mübadiləsini artırmağa və izafi kaloriləri yandırmağa kömək edir. Dəriyə faydalı olub sağlamlıq bəxş edir. Diş sağlamlığının yaxşılaşmasında da istiot təsirli ədviyyatdır. Diş çürümələrinə qarşı mübarizə aparmağa kömək edir. Mədədə yaranan problemlərdə, xüsusən qazı yox etməkdə yaxşı təsirə malikdir.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir