EZAM 1

İtaliyada təhsil alan həmyerlimiz: “Auditoriyanın cavabları erməniləri bir daha məyus edir”

Baxış sayı: 1. 660

Xaricdə təhsil alan gənclərimizi sizə tanıtmaqda, onlarla fikir mübadiləsi etməkdə davam edirik.“Gencaile.az”saytının “Tələbə bileti” rubrikasının budəfəki qonağı İtaliyanın Sapienza Universitetində İdarəetmə və innovasiya üzrə iqtisadiyyat və elaqələndirmə ixtisası üzrə magistr təhsili alan Ezam Ataşovdur.

 

– Adətən, azərbaycanlı tələbələr ölkəmizə yaxın olan dövlətlərdə, əsasən də Türkiyədə təhsil almağa üstünlük verir. Siz isə İtaliyaya üz tutmusunuz. Bunun səbəbi nədir?

– Burada bir neçə səbəb var. İlk öncə bu mənim təhsil istiqamətim ilə baglıdır. Belə ki, ilk əsas iqtisadi cərəyanları yaradan xalqlardan biri də italyan xalqı olub və mən baklavr təhsili alarkən bu fakt məndə maraq yaratmışdı. Məhz bu səbəbdən magistr təhsilimi İtaliyada almağı qərara almışdım. Türkiyəyə qaldıqda isə orda da yaxşı təhsil verən universitetlər var, amma məsələ tək təhsillə deyil, ölkənin dünyadakı mövqeyi ilə də bağlıdır. Digər tərəfdən, İtaliyada Türkiyə ilə müqayisədə qat-qat stabil iqtisadiyyat var ki, bu da təhsil və təhsildən sonraki fealiyyətdə daha geniş imkanlar açmış olur. İqtisadiyyatdan söz düşmüskən, burada universitet ödenişlərdən tam azadam. Üstəlik, yaşam xərcləri də odənilir. Yuxarıda qeyd etdyim kimi, stabil iqtisadiyyat geniş imkanlara yol açır. Elə bunun göstəricisidir ki, növbəti il üçün double degree ederek eyni anda iki təqaüd ilə təhsilimi ikinci universitetdə davam etmə şansı qazandım və bunun sayəsində təhsil həyatımda üçüncü ölkə və üçüncü universitet təcrübəsini yaşamış olacağam.

 

– Maraqlıdır, İtaliyaya yollanmazdan öncə hansı təəssüratlarınız var idi və orda olduğunuz müddətdə bu ölkə sizdə hansı fikirləri formalaşdırdı?

– Öncədən avropalılarla çox ünsiyyətim olmuşdu və belə qerara gəlmişdim ki, bir çox sahələrdə avropa insanı nə qədər bacarıqlı olsa da, başqalarına qarşı çox da diqqətcil deyil bizden fərqli olaraq. Amma tesadüfi deyil ki, bəzən italyanları Avropa azəriləri də adlandırırlar. Buna aid bir misal qeyd edim. Romada ilk vaxtlarda nəqiliyyatdan istifadəyə hələ alışmamışdım və nəyisə dəqiqləşdirmək üçün bəzən sürücüdən nəsə soruşurdum və həmin an sürücü səbrlə telefonunu çıxardıb google translate proqramının vasitəsilə mənə kömək edirdi. Hətta geciksə belə. Ən əsas isə sərnişinlər də səbrlə buna tamaşa edirdilər.  Situasiyanı özünüz təsəvvür edin. Bir sözlə, çox mehriban, istiqanlıdıır insanların çoxu.

EZAM

 

–  Təhsilin keyfiyyəti necədir? “Hörmət” edib qiymət almaq təcrübəsi var?

– Təhsilin keyfiyyəti yaxşı səviyyədədir və innovasiya geniş istifadə edilir. Ən əsası tədris edilən materiallar həm nəzəri, həm də praktiki xarakter daşıyır. “Hörmət” məsləsinə gəlincə, ilk öncə onu deyim ki, burada universitet numayəndəsi olaraq tələbənin gördüyü professor heyətidir ki, tələbə hörmət etsə belə, onu heç kim görə bilməz. Hətta ötən semestr bir fennin imtahanı universitetdə deyil, professorun ofisində kecirildi, amma onlar üçün “hörmət” və ya qiymətləndirmənin alternativ yolu qebul edilməzdir. Mən gördüyüm çərcivədə hər fəaliyyət tam şəffaflıqla tamamlanmışdır.

 

–  Ümumiyyətlə, təhsil aldığınız ölkədə tələbə-müəllim münasibətləri hansı səviyyədədir?

– Bir tərəfdən müəllimlərin nə qədər məşğul olması, digər tərəfdən tələbələrin çoxluğu çətinliklər yaradır. Amma buna baxmayarq kiçik bir nüansla bağlı yazılan mail çox operativ şəkildə cavablandırılır. Məsələn, ötən semestr olan fennlerden biri – “digital konteks proses” fennini tədris edən müəllim dərsdən sonra boş vaxtını bir tələbinin komputerini format etməsinə sərf etmşdi.

 

– Hazırda Sapienza Universitetində magistr təhsili alırsınız. Buna qədər isə Azərbaycanda bakalavr təhsili almısınız. İki ölkənin təhsil sistemi arasında müşahidə etdiyiniz başlıca fərqlər nələrdir?

– Dərslər tək nəzəri deyil, həm də praktiki xarakter daşıyır. Bundan əlavə, dərsləri tədris edən şəxslərin fəaliyyəti ilə ideologiyaları eynidir. Hansı ki, bizdə belə deyil. Buna bir az aydınlıq gətirim. Təhsil aldığım UNEC-də bir sıra müəllimlərim var idi ki, fəaliyyətlərinin çox hissəsi sovet dövrünə aid olub və sosliasit düşüncəli, kapitalizmi qebul etmeyen müəllimlər idi. Mühazirədə tam olaraq kapitalist iqtisadiyyatı dərsliyini tedris edilirdi, amma hər dəfə mühzirənin bitməsindən sonra şəxsən mənim üçün tam anlaşılmayan bir situasiya baş verirdi. Məndə “bir gün sosilazm yeniden bərqərar olacaq” sətiraltı mənasını özündə ehtiva edən fikir yaranırdı. Burada fəaliyyət və məqsəd fərqli tərəflərdə olduğundan tələbə seçim qarşısında qalırdı və bu suala universiteti bitirənədək cavab axtarırdı. Nəticədə təhsil sisteminin yaratdığı boşluq son olaraq bir gəncin ən səmərli və məhsuldar vaxtını israf etmiş olurdu.

ezam 2

– Ümumiyyətlə, fərqli ölkə və təhsil mühitini gördükdən sonra Azərbaycan təhsil sistemində nəyin dəyişməsini arzulayırsınız?

– Tələbəyə qarşı məcburiyyətlər, çərçivələr və tələbənin nə etməsi sanki protokol daxilindədir. Iki qrup tələbə təsəvvür edek, birinci qrup tələbə mühazirələrə qatılmaq, ikinci qrup isə online hazırlıq yolunu seçir. Azerbaycan təhsilində tələbənin istəyinden asılı olmayaraq tələbə dərslərə qatılması məcburidir. Nəticədə ikinci qrup tələbə birinci qrup tələbəyə mane olur  və bu durumda muhazirə gedişatında həm birinci, hem de ikinci qrup tələbə çox vaxt nəsə öyrənə bilmir. Akademik cəmiyyətdə arzulolunmaz bir hal formalaşır. Bundan əlavə, müəllimlər tərəfindən tələbərə dolayı yolla ayrı-seçkilik qoyulur və sonda tələbənin apardığı mübarizə bilik üzərində deyil, sadəcə imthandan ən aşağı balla da olsa, keçmək hədəfi üzərində dayanır. İndi Avropa təhsilinə nəzər salaq və yənə iki qrupu təsəvvür edək. Dərsdə iştirak edən birinci qrup tam müstəqil olaraq iştirak edir. Eyni zamanda, ikici qrup da istədiyi kimi –yəni, dərsə qatılmayaraq dərslərinə hazırlaşır. Bu bir növ şəxsin qərarlarının özü tərəfden verilməsinə imkan yaratmış olurlar. Hansı ki, bunun yaratdığı atmosfer nəinki yeni hedefleri ortaya çıxarır, həm də onların realizasiyasında bir növ lokomativ rolu oynayır.

 

– Yerli mətbəxə uyğunlaşa bilmisinizmi? Yoxsa hələ də rasionunuzda Azərbaycan mətbəxinə aid təamlar üstünlük təşkil edir? Sizi təəccübləndirən yeməkləri də var yəqin ki…

 İtalyan mətbəxi zəngindir və bəlkə də buna görə uyğunlaşmaq çətin deyil. Təəccübləndiren yeməkləri də az deyil. Xüsusən pasta, pizza, isti içkilər və s.

 

– Bazarlıq, alış-veriş, yemək hazırlamaq, paltarları yumaq, ütüləmək – bu məsələləri necə yoluna qoyursunuz?

Bunlara getdikcə alışılır. Əsas məsələ bu işlərlə digər işlər arasında vaxtın düzgün bölünməsidir.

 

– İtaliya cəmiyyəti ilə bizim cəmiyyət arasında başlıca fərlər hansılardır?

 İnsanlarda özünü realizasiya yuxarı səviyyədədir. Bundan əlavə, düşüncə çərcivələri genişdir və ən əsası bizdən fərqli olaraq ilkin təəssürat onlar üçün o qədər də önəmli deyil.

 

– Ümumiyyətlə, yerli əhali ilə hansı dəyərləriniz ortaqdır, hansıları isə hələ ki, qəbul edə bilmirsiniz?

 Yuxarıda qeyd etdiyim kimi, bəzən Italyanları Avropa azəriləri adlandırırlar. Onlar da bizim insanlar kimi istiqanlıdırlar.

ezam 3

– Sizcə, xaricdə təhsil almaq istəyində olanlar  universitet və ölkə seçərkən hansı xüsusiyyətlərə fikir verməlidirlər? Xaricdə təhsil almağa hazırlaşan gənclərimizə nə məsləhət görə bilərsiniz?

 İlk öncə xarici dillərdən birin akademik(ixtisası üzrə) səviyyədə bilsinlər. Universitetin reytinqini, ixtisası, bununla yanaşı, gələcək əmək bazarında bu ixtisasa olan tələbatı araşdırsınlar. Xüsusilə də ixtisasın əhatə edildiyi fənnlərə ayrı-ayrılıqda diqqət yetirsinlər və öz gələcək fəaliyyətləri ilə tutuşdursunlar.

 

– Bu gün Azərbaycanın ən böyük problemi Dağlıq Qarabağ münaqişəsidir. Bilirisniz ki, müharibə təkcə cəbhədə getmir. İstənilən müharibə həm də informasiya savaşıdır. Bu baxımdan xaricdə təhsil alan tələbələrimiz Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynaya bilər. Ətrafınızdakı gənclərlə bu mövzuda müzakirələriniz olurmu?

 Aktual bir nüansa toxunursuz, tamamilə doğrudur ki, müharibə tək cəbhədə deyil. Belə demək mümkünsə, harda erməni varsa, ordadır. Tədbirlər keçirilir, yerli əhali ilə dialoqlarda da nəzərə çatdırılır və apaılan işlər məhz Azərbaycan reallıqlarını dürüst şəkildə dünyaya çatdırmaq üçündür. Səmimi deyim ki, bu hər zaman asan olmur, çünki erməni birliyi dünyada heç də zəif deyil. Mən təhsil aldığım proqramda iki erməni tələbə var.  Mən şəxsən çıxışlarımın əksəriyyətində hansısa formada bu konfilkti vurğulayıram və düşünülmüş formada auditoriyanın rəyini öyrənirəm. Onu da deyim ki, belə məqamlarda məntiqli və müstəqil auditoriyanın cavabları erməniləri bir daha məyus edir. Şübhəsiz ki, beynəlxalq hüququn haqlı olaraq bizim tərəfdə olması bu informasiya savaşına öz töhvəsini vermiş olur. Onu da qeyd edim ki, bəzən bizdən dirnaqarası ermeni disporu terefinden demoktarik cəmiyyətdə yaşayan biri kimi multikultural dəyərlər tələb edilir. Multikultural dəyərlərə nə formada sahib olan fərd olmağımızdan asılı olmayaraq bu dəyərlərin ehtivasını qarşıdakı şəxsin mənsub olduğu xalqın tarixi davranışları ilə müqayisə edirik və bununla da lazımi məqamlar bir daha vurğulanmış olunur.

 

Söhbətləşdi: Tural Məmmədov

ezam 4




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir