Sən də makaron “dəli”sisənsə bu kiçik məsləhətlər tam sənlikdir! Daha dadlı makaron bişirmək üçün bu məsləhətlərə ehtiyacın ola bilər:
– Makaronu qaynadarkən suyuna bir az kərə yağı və bir neçə damcı bitki yağı əlavə etsəniz makaronlar bir-birinə yapışmaz
– Su qaynadıqdan sonra makaronu suya əlavə etməmişdən qabaq suya bir az duz əlavə edin. Bu makaronunuzu daha dadlı edər. Əgər qaynamamış suya duz əlavə etsəniz su daha gec qaynayar.
– Qaynamış makaronu yağlamaq üçün makaronun içinə yağ əlavə edib 1-2 dəfə qazanda çevirin.
– Əgər makaron üçün hazırladığınız sous yağlıdırsa, makarona əlavə yağ tökməyə ehtiyac yoxdur.
– Makaron bişirmək üçün həmişə dərin qazanlara üstünlük verin. Bol suda qaynadın. Bu makaronun daha rahat qaynamasına şərait yaradacaq.
– Qaynama suyuna 1-2 incə doğranmış baş soğan, kök və tərəvəz əlavə etsəniz, daha dadlı makaron əldə etmiş olarsınız. (foxy.az)